Əhalinin gəlirləri 50 milyard manata çatıb
İqtisadiyyat / 17.01.2018 15:41
2017-ci ildə Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 8,3% artaraq 49 mlrd. 162,9 mln. manata çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər 5050,5 manat və ya ayda orta hesabla 420,9 manat təşkil edib.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 44983,3 mln. manatlıq vəsait qalıb. Bundan başqa ötən ilin sonuncu ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,72) manata, 1 Avroya-2,01 manata (1,94), 100 Rus rubluna 2,90 manata (2,95) bərabər olub. 2017-ci ildə ölkə rezidentləri tərəfindən istehsal edilmiş ümumi daxili məhsul əvvəlki illə müqayisədə 0,1% artaraq 70135,1 mln. manata çatıb. Əhalinin hər nəfərinə düşən ÜDM 7205,0 manat, yaxud 4186,3 ABŞ dolları təşkil edib. Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sahələrində istehsal olunmuş əlavə dəyər 2016-cı ilə nisbətən 2,7% artıb, onun ÜDM-də xüsusi çəkisi 62,8% olub. Neft sektorunda əlavə dəyər 5% azalıb. Bu dövrdə nəqliyyat və anbar təsərrüfatı sahələrində yaradılmış əlavə dəyər 2016-cı illə müqayisədə 8,5 faiz, informasiya və rabitə sahələrində 6,6%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2%, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5%, sosial və digər xidmətlər sahələrində 1,5% artıb, sənaye və tikintidə isə müvafiq olaraq 4,2% və 1,5% azalıb. Eyni zamanda qeyri-neft sənayesinin əlavə dəyərində 3,8% artım müşahidə olunub. Ümumi daxili məhsulun 40,1%-i sənayedə, 10,4%-i ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində, 9,5%-i tikintidə, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrində, 16,4%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,3%-ni təşkil edib.Oxunub: 315
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR İDMAN09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim