Leyla Əliyeva açılışda - Fotolar
Mədəniyyət / 18.01.2018 00:27
Yanvarın 17-də Heydər Əliyev Mərkəzində rusiyalı rəssam Aleksey Beqovun "Yer və Səma” adlı fərdi sərgisi açılıb.
AzərTac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.
Mərasimdə Aleksey Beqovun yaradıcılığı haqqında məlumat verilib.
Açılış mərasimində Rusiya Rəssamlar İttifaqının və Beynəlxalq Tənqidçilər, Sənətşünaslar Assosiasiyasının üzvü, rəssamın həyat yoldaşı Tatyana Beqova və rəssamın oğlu İvan Beqov da çıxış ediblər.
Tatyana Beqova Leyla Əliyevaya rəssamın rəsm əsərini bağışlayıb.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Sərgidə müəllifin 50 əl işi nümayiş olunur. Onların arasında "Dənizçinin rəqsi”, "Evə qayıdış”, "Yığılmış ot”, "Biçilmiş tarla”, "Ağ ay”, "İş adamı Petya əmi” və digər əsərlər var.
Aleksey Beqov 1983-cü ildə Moskvaya gəlişindən sonra geniş ictimaiyyətdə tanınmağa başlayıb. Aleksey Beqov 1991-ci ildə "Dünya səddi” beynəlxalq aksiyası çərçivəsində 10 metrlik "XX əsrin sonu” rəsmini yaradıb. Əsər Los-Anceles, Vaşinqton, Moskva və Barselonada nümayiş olunub. 1995-ci ildə Aleksey Beqovun Rusiya Dövlət Tretyakov Qalereyasında fərdi sərgisi keçirilib. Müxtəlif illərdə Rusiyada, eləcə də bir sıra ölkələrdə fərdi və birgə sərgilərlə çıxış edib. 1997-ci ildə Parisdə təşkil edilmiş fərdi sərgisi isə ona daha bir uğur gətirib.
1998-ci ildə Paris yaxınlığındakı kiçik Janvil şəhərində məskunlaşan rəssam Jilvuazen qəsrinin ərazisində 1625-ci ildə tikilmiş Müqəddəs Nikolay kilsəsini naxışlarla bəzəyib. Aleksey Beqov bu işlə 1998-2004-cü illər ərzində təkbaşına məşğul olub. Rəssam kilsəni naxışlarla bəzəyib bitirəndən sonra Fransa və Rusiya arasında dövlətlərarası münasibətlərin möhkəmləndirilməsinə görə Rusiya Federasiyasının "Dostluq” ordeni ilə təltif olunub.
Rəssam 2012-ci ildə müxtəlif, lakin ona mənəvi cəhətdən yaxın olan Kandinski, Matis, Dali, Pikasso, Van Qoq kimi rəssamlara silsilə işlər həsr edib. Bu zaman rəssam maraqlı üsula əl atıb – ustadların məşhur əsərlərini öz kompozisiyasına daxil etməklə onların parafrazını yaradıb. A. Beqov 2014-cü ildə vəfat edib.
Rəssamın əsərləri Rusiya Dövlət Tretyakov Qalereyası, Nyu-Cersi Müasir İncəsənət Muzeyi, Vaşinqton şəhərinin Vəkillər Assosiasiyası və Birləşmiş Millətlər Təşkilatının, eləcə də dünyanın bir sıra tanınmış şəxslərinin kolleksiyalarında yer alıb.
Aleksey Beqovun Heydər Əliyev Mərkəzində təşkil olunan fərdi sərgisi mayın 1-dək davam edəcək.






Oxunub: 298
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR İDMAN09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim