Həkimə getmədən uşaqlarımızın gözlərini necə qoruyaq?
Dünya / 23.11.2017 23:38
Təhsildə uğur əldə etməyə gedən yol gözlərimizdən keçir. Dərk etmə, anlama, ətrafda baş verən hadisələrin 90% qavranması məhz gözlərimiz sayəsində baş verir. Bilməliyik ki, bəzi göz xəstəlikləri gizli şəkildə keçir, heç bir narahatlığa səbəb olmur və xüsusən də uşaqlar gözlə bağlı narahatçılıqlarını ifadə edə bilmədikləri üçün, valideynlər bu mövzuda daha diqqətli olmalıdırlar.
Axar.azxəbər verir ki, uşaqlarla vaxt keçirərkən bəzi kiçik məqamlara diqqət yetirməklə, həkimə getmədən belə göz probleminin olub olmamasını aşkarlamaq mümkündür.
Bioloji Təbabət Klinikasının həkimi, oftalmoloq Günel Xalıqverdiyevanın sözlərinə görə, bir çox göz xəstəlikləri bir sıra əlamətlərlə özünü biruzə verir və valideynlərin bunu bilməsində fayda var.
Bunlar hansılardır?
- Televizorun yaxın məsafədən izlənməsi, kitab, dəftər, planşetə 30 sm-dən yaxın məsafədən baxmaq
- Uzağa baxarkən gözləri qıymaq
- Tez-tez gözqırpma kimi vərdişin olması
- Baxarkən başını sağa və ya sola əyərək məcburi vəziyyət vermək
- Bir və ya hər iki gözdə paralelliyin itməsi, içəri,bayıra,yuxarı və aşağı doğru qaçma hallarının olması
- İşıqdan qorxma, işıqlı havaya çixarkən gözlərin yumulması
- Əlləri tez-tez gözə doğru apararaq ovmaq
- Gözlərdə qızarma və sulanmanın olması bucağına çirkin yığılması
Qarşıdan gələn ağır tədris ilinin başlamasını nəzərə alaraq gözlərin zəifləməsinin qarşısını almaq mütləqdir. Çünki, uzunmüddətli yaxın məsafəyə baxmaq göz üçün stress faktor olduğundan gələcəkdə sağlam gözdə belə görmənin zəifləməsinə səbəb olur. Xüsusilə də görmə zəifliyinə genetik meyilliyi olan (miopiya, hipermetropiya, astiqmatizm və s.), ambliopiya (tənbəllik) və çəpgözlüyü olan uşaqların dərslə yanaşı olaraq əlavə planşet, komputer, telefonla oynamaları yaxın məsafəyə baxma müddətini uzadaraq ikiqat stress faktor rolu oynayır və görmənin vaxtından əvvəl pisləşməsinə gətirib çıxarır.
Görməni qorumanın qızıl qaydaları bunlardır:
1. 20-20-20 qaydası : Her 20 deqiqeden bir 20 addım uzaqlıqdakı məsafəyə baxaraq gözlərimizə 20 saniyəlik fasilə vermək.
2. Dərs oxunan ortam tam ışıqlı olmalıdır. Yazı stoluna işığın sol tərəfdən düşməsinə və stol arxasında oturarkən onurğanın düz vəziyyət almasına xüsusi diqqət yeririlməli. Baş önə doğru çox da əyilməməlidir.
3. Gözlə kitab və ya dəftər arasındakı məsafə ən az 30 sm olmalı.
4. Vitamin və antioksidantlarla zəngin qidalarla qidalanmaq.
5. Asudə vaxtı qapalı məkanlarda deyil, açıq havada keçirmək.
Bu qaydalara riayət etməklə göz xəstəliklərinin qarşısını vaxtinda ala bilərik və onlardan qoruna bilərik. Hər kəsə sağlam gözlər və aydıngörmə arzulayıram.
Ünvan: Bakı; Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri-110
Telefon: (012,050,055,070) 430 89 89
Oxunub: 361
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim