Xərçəngə yol açan “sakit epidemiya” – Hər kəs bu muayinədən keçməlidir
Cəmiyyət / 14.10.2018 18:01
Son zamanlar əhali arasında onurğa xəstəlikləri ilə bağlı şikayətlər hədsiz çoxalıb. Belə şikayətləri istənilən yaş kateqoriyalarından eşitmək mümkündür. Skolioz, protruziya, yırtıq, osteoparoz kimi xəstəliklər əvvəllər niyə bu qədər çox deyildi? Valideyn və mütəxəssislərin çoxu məktəb yaşlı uşaqlarda bu problemin yaranmasını daha çox məktəb çantalarının ağırlığı ilə əlaqələndirirlər. Faktorlar arasında çantaların çəkisi də var, bu, inkaredilməzdir, amma əsas səbəblərdən biri bu deyil. Bu mövzuya jurnalist Kəmalə Quliyeva facebook səhifəsində toxunub.
Qidaların tərkibinə vurulan qatqılar D vitaminini parçalayır
Bəzi mütəxəssislər onu "sakit epidemiya" adlandırırlar. Sakitcə, heç kimə xəbər eləmədən bədəndə öz "işi"ni görür. Və biz hədsiz yorğunluqdan, halsızlıqdan, əzələ, oynaq və sümük ağrılarından, onurğa ilə bağlı müxtəlif şikayətlərdən, minimal travma nəticəsində baş verən sınıqlardan əziyyət çəkirik. Söhbət orqanizmdə D vitamini defisitindən gedir. Nevropatoloq Heydər Əsədzadə qeyd edir ki, əvvəllər əhali arasında 100 adamdan bəlkə 3-4-də D defisiti olardı. Son zamanlar isə müayinəyə göndərilən xəstələrin çoxunda D vitamininin defisiti aşkarlanır. Həkim bunu yediyimiz qidaların tərkibi ilə əlaqələndirir: "Yediyimiz qidaların tərkibinə vurulan maddələr bədəndə D vitaminini parçalayır. Buna görə də sümüklərdə zəiflik əmələ gəlir".
D vitamini çatışmazlığı yalnız sümük-əzələ sisteminə deyil, həmçinin yaşlı əhalidə iltihabi xəstəliklərin, şəkərli diabetin, ürək-damar xəstəliklərinin, depressiya hallarının daha ağır keçməsinə səbəb olur.
D vitamininin defisiti həm də xərçəng, ürək-damar, immun xəstəlikləri, infeksiyalar, ruhi xəstəliklərə "yaşıl işıq" yandırmaq deməkdir. Bəzi məlumatlarda D vitamininin xərçəngin 16 növündən qoruduğu deyilir.
Bütün bunlar onu göstərir ki, D vitamini ilə bağlı əhali arasında pulsuz icbari müayinələr keçirilməli, ən azı bu müayinələrin qiyməti dövlət və özəl xəstəxanalarda bütün əhali kateqoriyasından olan xəstələr üçün əlçatan olmalıdır. Xüsusən məktəblilər bu müayinələrə cəlb olunmalıdır.
Milli.Az
Oxunub: 375
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
09:17 Azərbaycan nefti ucuzlaşıb
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim