Avtobus sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atır - VİDEO
Reportaj / 17.10.2018 19:24
İçərisi sərnişinlə dolu olan avtobus qapısı açıq şəkildə hərəkət edir. Bir neçə sərnişin isə avtobusdan sallaşaraq gedir.
Carci.tv bildirir ki, təhlükəli kadrlar ötən gecə Biləcəri qəsəbəsi ərazisində çəkilib. Votsap nömrəmizə göndərilən kadrlardan aydın olur ki, 91 saylı xəttə aid dövlət qeydiyyat nişanı ''90-FE-434'' olan sərnişin avtobusunun içərisi sərnişinlə doludur. Buna görə də bəzi sərnişinlər qapısı açıq avtobusdan sallaşaraq gedirlər.
Həmin avtobuslar Bakı Beynəlxalq Avtovağzalının yaxınlığından Biləcəri qəsəbəsinə sərnişin daşıyır. Avtobusdan mütəmadi istifadə edən sərnişinlər deyirlər ki, bəzi hallarda belə problemlərlə qarşılaşırlar. Onlar xətdəki avtobusların sayının az olmasından narazıdırlar.
Sürücülər isə günahı sərnişinlərdə görürlər. Onların sözlərinə görə, bəzi sərnişinlər avtobusun qapısını bağlamağa imkan vermirlər.
91 saylı xəttin dispetçeri Araz Gülməmmədov deyir ki, sözügedən görüntülərlə bağlı daşıyıcı şirkət tərəfindən müəyyən tədbirlər görüləcək. Onun sözlərinə görə, 91 saylı xətdə ümumilikdə 14 avtobus xidmət göstərir.
Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, həmin görüntülərdə sərnişindaşıma qaydaları pozulub. Vətəndaşlar bu kimi hallarla qarşılaşanda polisə məlumat verməlidirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxunub: 330
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim