Əli Həsənov: Sovet İttifaqı dağılandan sonra tarixə düşən ən qanlı faciə Xocalı faciəsidir
XƏBƏR / 20.10.2018 17:08
Türkiyənin Kayseri şəhərinin Talas bələdiyyəsi ərazisində Xocalı faciəsini əks etdirən abidənin və Xocalı parkının açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, azərbaycanlı millət vəkilləri, Rusiya Dövlət Dumasının üzvləri iştirak ediblər.
Qeyd edək ki, Xocalı abidəsi Kayseri Böyükşəhər Bələdiyyəsinin dəstəyi və Azərbaycan Təhsil və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə qoyulub.
Mərasimdə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Xocalı faciəsinə tam dolğun qiymət verdikləri üçün rusiyalı və türkiyəli deputatlara öz təşəkkürünü bildirib:
"Burada bir çox məsələlərə yer verildi. Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev, Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım çıxış etdilər. Talas bələdiyyə sədri və digər çıxış edənlər Xocalı faciəsinə tam dolğun qiymət verdilər. Sözün həqiqi mənasında Xocalıda dinc sakinlər qətlə yetirilib. Onlar azərbaycanlı, türk olduqlarına görə qətlə yetirilib. Həmin gecə kim ələ keçib, hamısı öldürülüb. Hamısı bir-bir qətlə yetirilib. Hətta şəhərdən çıxan qocaları və uşaqları öldürdülər. Sovet İttifaqı dağılandan sonra tarixə düşən ən qanlı faciə Xocalı faciəsidir. 1991-ci ildən başlayaraq SSRİ-dən ayrılan dövlətlər sərhədlərini qorumağa, müstəqilliyini inkişaf etdirməyə və firavan həyatı təmin etməyə başladılar. O gündən bu günə qədər ən qanlı tarix səhifəsi Xocalı faciəsi oldu. Ondan qabaq tarixdə bir çox faciələr olub. Amma bu faciə öz əhatə dairəsinə görə, törədilmə səbəbinə görə soyqırımından heç nə ilə fərqlənmir. Məhz "soyqırımı” deməklə bu faciənin dəqiq qiyməti verilir".
Ə.Həsənov vurğulayıb ki, bu faciəni törədənlərin hələ də azadlıqda gəzməsi təəssüf doğuran haldır: "Hələ də onlar öz siyasətlərini qururlar. Hələ də onlar öz cəzalarını almayıblar. Onların hər biri beynəlxalq təşkilatlarda Ermənistanı təmsil ediblər. Və bilə-bilə ki, onlar cinayətkardır, buna baxmayaraq, onlara meydan veriblər. Xocalı haqqında həqiqətləri dünyaya çatdırmaqla, Xocalı haqqında kitablar nəşr etdirməklə, abidələr qoymaqla erməni xalqına qarşı düşmən əhvali-ruhiyyəsi aşılamaq istəmirik. Biz erməni xalqının içərisindən çıxmış, uzun müddət hakimiyyətdə olmuş o cinayətkarları dünyaya tanıtdırmaq istəyirik. Bunların törətdiyi əməllərin mahiyyətini dünyaya çatdırmaq istəyirik ki, bir də belə qanlı faciələr tarixdə təkrarlanmasın. Tarix buna qiymət vermədikcə, belə halların təkrarlanması mümkün ola bilər. Buna görə də sülhsevər bəşəriyyəti bu faciəyə düzgün qiymət verməyə çağlırırıq".
Şöbə müdiri əlavə edib ki, Azərbaycan dövləti bölgədə sülhü hamıdan çox istəyir: "Biz kimsənin torpağına göz dikməmişik, bundan sonra da göz dikməyəcəyik. Həmin o təcavüzkar rejimə rəhbərlik edənlər torpaqlarımızı işğal altında saxlayırlar. Biz yenə də bu torpaqları sülh yolu ilə geri qaytarmaq istəyirik. Çünki müharibə yenə də günahsız insanların qanı bahasına başa gələcək"./Trend
Oxunub: 258
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim