Britaniya ABŞ-a MEYDAN OXUDU: İranla...
Dünya / 05.11.2018 14:09
Böyük Britaniya İranla nüvə sazişinin şərtlərinə tərəfdar olmağa davam edəcək və ABŞ-ın yeni sanksiyalarından sonra İranla ticarət əlaqələrini dayandırmayacaq.
"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Britaniyanın baş nazirinin rəsmi nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.
"Biz ABŞ-ın sanksiyalarının bərpasına heyfsilənirik. Biz əvvəlki kimi əminik ki, İranla nüvə sazişi dünyanı daha təhlükəsiz edir və bizim mövqeyimiz əvvəlki kimi qalır. Biz İranla nüvə razılaşması üzrə öhdəliklərimizi yerinə yetirməyə davam edəcəyik. İran nüvə fəaliyyətinə ciddi riayət edir. Biz razılaşmanın icrasına sadiq olacağıq. Həmçinin, İranla ticarət əlaqələrinin tam ölçüdə genişlənməsini dəstəkləməyə və bütün ticarət imkanlarından istifadə etməyə davam edəcəyik”, - baş nazirin nümayəndəsi bildirib.
Qeyd edək ki, bu gün səhər saat 09:00-da ABŞ-la İran arasında iqtisadi müharibə başlanıb və ABŞ İrana qarşı sanksiyaların ikinci mərhələsinə start verib. Bu sanksiyalar İranın enerji resurslarına qarşıdır. ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət üzrə idarəsi yeni sanksiyaların mətnini dərc etdi. İdarənin qərarına uyğun olaraq, İran hökuməti, təhlükəsizlik qurumları və Mərkəzi Bankı ilə bağlı şəxslərin və şirkətlərin ABŞ-ın yurisdiksiyasında olan bütün aktivləri bloklanacaq.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp may ayında Vaşinqtonun nüvə proqramı üzrə İranla razılaşmadan çıxdığını elan edib. O həmçinin İrana qarşı bütün sanksiyaların bərpa olunacağını açıqlayıb. ABŞ avqustun 7-də İrana qarşı sanksiyaların bir hissəsini tətbiq etmişdi.
Daha əvvəl ABŞ-ın Prezident Administrasiyasının anonym mənbəyinə istinadən "Blomberg” agentliyi bildirib ki, ABŞ sanksiyalardan sonra da Hindistan, Yaponiya və Cənubi Koreya daxil olmaqla 8 ölkəyə İran neftinin idxalını davam etməsinə icazə verib.
ABŞ-ın dövlət katibi Mayk Pompeo isə bildirib ki, rəsmi Vaşinqton Avropa İttifaqından olan şirkətlərə ABŞ-la və eyni zamanda İranla bizneslə məşğul olmağa icazə verməyəcək. ABŞ rəsmisi bununla da bəzi Avropa şirkətlərinin İran sanksiyalarına görə ABŞ-la əməkdaşlığı dayandırıb-dayandırmayacağı barədə suala cavab verib.
"Avropa şirkətlərinə ABŞ-la və İranla eyni vaxtda bizneslə məşğul olmağa icazə verilməyəcək", - deyə Pompeo bildirib./publika.az
Oxunub: 270
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim