Türkiyə bütün planı ALT-ÜST ETDİ: İsrail və Səudiyyə ŞOKDA
Dünya / 05.11.2018 18:50
"ABŞ prezidenti Donald Trampın kürəkəni Cerard Kuşner İsrail və Səudiyyə Ərəbistanı koalisiyasına başçılıq edir”.
Bu sözləri Türkiyənin "Xəbər7” qəzetinin köşə yazarı Taha Dağlı öz məqaləsində qeyd edib.
Məqalədə İsrailin baş naziri Benyamin Netanyahunun səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı "yaşananalar qorxuncdur, amma Səudiyyə Ərəbistanın sabitliyi daha önəmlidir” açıqlaması təhlil edilib və baş nazirin bu açıqlamanı vermə səbəbi ilə bağlı şok iddialar ortaya atılıb.
Müəllif qeyd edib ki, bu ölkələr arasında heç bir diplomatik münasibət və əlaqə olmadığı halda İsrail Səudiyyə Ərəbistanının təhlükəsizliyi və sabitliyini müdafiə edir: "Lakin Netanyahunun maraq dairəsində olan Birləşmiş Ərəb Əmirlikləri ilə olan ortaqlığıdır. Adıçəkilən dövlətlərin başçılıq etdiyi bu qrupun bu ortaqları da var – ABŞ prezidenti Donald Trampın kürəkəni Cerard Kuşner və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman. Bu qrupun bir istiqaməti var və Trampın kürəkəni tərəfindən idarə edilirlər. Səudiyyə Ərəbistanını da vəliəhd vasitəsilə nəzarət altına almağa cəhd göstərirlər. Bu istiqamətdə İsrail-BƏƏ cütlüyünün istifadə etdiyi bəzi üsullar var. Bu üsullara pul və güc vədi də daxildir. Koalisiya texnoloji kəşfiyyat vasitələrini hərəkətə keçirib hədəfində olan ölkəyə düşmənlərini və dostlarını, gizli şəkildə gördüyü işləri göstərir və şantaj yolu ilə istədiyini ələ keçirir. Ərəbistanlı jurnalist Camal Qaşıqçı cinayəti də məhz bu üsullar vasitəsilə işlənilib və şantaj olaraq istifadə edilib. Lakin koalisiyanın nəzərə almadığı bir şey ortaya çıxıb: Türkiyəni bu pusqunun içinə qatıb günahlandırmaq niyyətində ikən, Türkiyə masanı tərsinə çevirib. Netanyahu da o "masanın” altında qalıb. Qaşıqçı böhranında ən son danışan İsrail oldu. Başından bəri heç danışmayan isə Birləşmiş Ərəb Əmirlikləridir. BƏƏ-dən isə İsrailin çıxışı tipində bir yanaşma gözlənilir. Çünki Türkiyə bütün şəbəkəni deşifrə etdi. Qaşıqçı cinayətində barmağı olanların hamısını ortaya qoydu. Buna görə də İsrailin baş naziri Səudiyyə Ərəbistanının suverenliyindən bəhs etməyə başlayıb. Müsəlmanların üçüncü müqəddəs məkanı olan Əqsa məscidini işğal edib sinaqoqa çevirmək niyyətində olan İsrailin Səudiyyə Ərəbistanını müdafiə etmək niyyəti Türkiyənin öldürücü həmlələrindən sonar daha yaxşı anlaşılır"./publika.az
Oxunub: 283
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim