Heydər Əliyev Fondunun dəstəyi ilə iki azyaşlı sağlamlığına qovuşdu - VİDEO
CANLI TV / 16.11.2018 15:09
HeydərƏliyevFondu eşitmə məhdudiyyəti olan iki azyaşlınıöz hümayəsinə götürərəkTürkiyəyə müalicəyə göndərib.Artıq müsbət nəticə var.Orada həkim müayinəsindən keçən hər iki uşaq əməliyyat olunaraq müasir koxlear implantın köməyi ilə eşitmə qabiliyyətləri bərpa olunub.
Carcitv.az-ın məlumatına görə, eşitmə məhdudiyyəti olan iki azyaşlı Heydər Əliyev Fondunun köməkliyi ilə sağlamlıqlarına qovuşublar.
Qasımovlar ailəsi bir müddət əvvəl övladlarının müalicəsinə kömək üçün ictimaiyyətdən yardım istəmişdilər. Onların çağırışına ilk reaksiya isə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadan gəlib. Vüsalə və Tünzalə Qasımova bacıları ötən ay valideynləri ilə birlikdə Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Türkiyənin İstanbul şəhərinə göndərilib.Həkim müayinəsi zamanı həm Vüsalə, həm də Tünzalənin eşitmə qabiliyyətlərinin tamamilə olmadığı təsdiqlənib. Əməliyyat yolu ilə qoyulan müasir koxlear implantın köməyi ilə eşitmə qabiliyyətlərinin bərpasının mümkün ola biləcəyi müəyyən olunub.
Bundan sonra əvvəlcə Vüsalə Qasımova, daha sonra Tünzalə Qasımova əməliyyata alınıb.Bütün xərclər isə Heydər Əliyev Fondu tərəfindən qarşılanıb. Hər iki uşağın əməliyyatı uğurlu keçib, daxili qulağa implant yerləşdirilib.
Əməliyyatdan 3 gün sonra uşaqlar xəstəxanadan buraxılsalar da onlar müntəzəm olaraq həkim müayinəsində olublar.12 və 15 noyabr tarixlərində pasiyentlərin eşitməsi test edilib. Test uğurlu keçib və hər iki uşaq ilk dəfə eşidərək reaksiya veriblər. Bundan ən çox sevinən,təbii ki, onların valideyinləri olub.
Uşaqların eşitmə qabiliyyəti test edildikdən sonra cihazlar tənzimlənib və valideynlərinə istifadə, qoruma, daşınma qaydaları izah olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxunub: 334
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim