Azərbaycanda yeni medal təsis olundu
XƏBƏR / 17.11.2018 12:10
Maddə 1. Medalın ümumi təsviri
"Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan, hər tərəfə şüalar saçan səkkizguşəli ulduz kompozisiyalı lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
Medalın ön tərəfində xarici və daxili çevrələrlə əhatə olunmuş lövhə yerləşir. Diametri 26 mm olan xarici çevrə ilə diametri 20 mm olan daxili çevrənin arasında yuxarı qövs boyunca həkk olunmuş "AZƏRBAYCAN RESPUBLİKASI” sözlərini hər iki tərəfdən tamamlayan iki ədəd səkkizguşəli ulduz vardır. Alt hissədə ortada palıd yarpaqları təsvir olunmuş, sol tərəfdə qövs boyunca aşağıdan yuxarıya doğru "1919”, sağ tərəfdə qövs boyunca yuxarıdan aşağıya doğru "2019” rəqəmləri, göy rəngli mərkəzi dairənin üzərində isə "DÖVLƏT TƏHLÜKƏSİZLİYİ VƏ XARİCİ KƏŞFİYYAT ORQANLARI 100 İL” sözləri yazılmışdır. Səkkizguşəli ulduz və onun şüaları, çevrələrin konturları, palıd yarpaqları və bütün yazılar relyefli olmaqla qızılı rəngdədir.
Maddə 3. Medalın arxa tərəfi
Medalın arxa tərəfinin səthi hamardır, orta hissəsində "AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT TƏHLÜKƏSİZLİYİ VƏ XARİCİ KƏŞFİYYAT ORQANLARI 1919-2019” sözləri, aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.
Maddə 4. Medalın elementləri
4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı lövhəyə ilgək və iki halqa vasitəsilə birləşdirilir. Lövhəyə üzərində kənarlardan mərkəzə doğru ardıcıl olaraq 4,25 mm enində mavi, 1,5 mm enində qızılı, 4,25 mm enində mavi zolaqlar, mərkəzdə isə 17 mm enində göy rəngli şaquli zolaq təsvir edilən xara lent çəkilmişdir. Xara lentin yuxarı hissəsinə üzərində ulduz, aypara və dalğalı lent təsvir olunan 40 mm x 5,5 mm ölçülü düzbucaqlı lövhə bərkidilmişdir. Ulduz, aypara və lent təsvirləri relyeflidir.
4.2. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.Oxunub: 337
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim