Babək prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Reportaj / 22.11.2018 14:10
Aparılan təmir işləri ilə əlaqədar olaraq noyabr ayının 23-dən 24-nə keçən gecədən etibarən Yeni Günəşli yaşayış sahəsi istiqamətində Babək prospektinin Mikayıl Əliyev küçəsi ilə kəsişməsində (Maşın bazarı) yerləşən avtomobil körpüsünə giriş məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) carcitv.az-a verilən məlumata görə, Babək prospektinin Məzahir Rüstəmov küçəsi ilə kəsişməsində kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar olaraq aidiyyəti qurum tərəfindən qazıntı işləri aparıldığı üçün Məzahir Rüstəmov küçəsindən alternativ olaraq istifadə etmək mümkün deyil. Bu üzdən sözügedən istiqamətdə də, yəni prospektin Məhəmməd Hadi küçəsi ilə kəsişməsinin yan yolunda, Sərhəd Xidməti Olimpiya kompleksinin qarşısından avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
Sürücülər alternativ olaraq Məzahir Rüstəmov küçəsi çıxmaq şərti ilə, digər yollardan, daha dəqiqi Məhəmməd Hadi-Seyid Əzim Şirvani, Məhəmməd Hadi-Sarayevo və Məhəmməd Hadi-Neapol küçələrindən, Nobel prospekti-Ukrayna dairəsi, Nobel-Gəncə prospektləri və Nobel prospekti-Zığ şosesindən, həmçinin sadalanan küçə və prospektlərə birləşik olan digər yollardan istifadə edə bilərlər.
Məhdudlaşma şənbə və bazar günləri ərzində qüvvədə olacaq. Bazar ertəsi, yəni noyabr ayının 26-dan etibarən sözügedən istiqamətdə məhdudlaşma aradan qaldırılacaq.
Yarana biləcək müvəqqəti narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.
Oxunub: 247
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim