Kassaya çek vurmamaq baha başa gələcək - CƏRİMƏLƏR
İqtisadiyyat / 23.11.2018 11:49
Vergilər Nazirliyi nağd pul hesablaşmaları qaydalarının pozulmasına görə vahid dərəcənin tətbiq edilməsini təklif edir.
Carcitv.az verir ki, kassa çekini vurmamaq, ödəniş vasitəsi kimi xarici valyutanın qəbul edilməsi kimi hallarda ciddi cərimələr tətbiq ediləcək.
Vergi Məcəlləsinə dəyişikliklərdə göstərilir ki, ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə, əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisi məsuliyyət daşıyır.
Təqvim ilində birinci pozuntu faktı üzrə min manat (hazırda 400 manat), təkrar pozuntu faktı üzrə üç min manat (hazırda 800 manat), təqvim ili ərzində üçüncü və növbəti pozuntu hallarında altı min manat (hazırda 1,2 min manat) məbləğində sanksiyanın tətbiq edilməsi təklif olunur.
Bundan başqa, nazirlik vergi məbləğinin azaldılmasına, eləcə də, büdcəyə köçürülməli olan vergi məbləğini ödəməkdən yayınmaya görə yeni sanksiya dərəcəsi tətbiq etməyi təklif edir. Sanksiyanın məbləği azaldılmış və yayındırılmış vergi məbləğinin 25 faizini təşkil edəcək (kameral vergi yoxlaması nəticəsində əlavə hesablanmış vergi məbləği istisna olmaqla).
Vergilər Nazirliyi sosial sığorta ödənişlərinə dair hesabat təqdim etməyən fiziki şəxslərə və ailə kəndli təsərrüfatlarında əmək qabiliyyətli ailə üzvlərinə yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Təqvim ilində birinci pozuntu faktı üzrə minimum əmək haqqının 3 faizi, təkrar və növbəti pozuntu faktları üzrə 6 faizi məbləğində sanksiya təklif olunub.
Oxunub: 255
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim