Azərbaycanda süni ət satılacaq? - RƏSMİ AÇIQLAMA
Cəmiyyət / 23.11.2018 13:24
"Laboratoriya şəraitində hazırlanmış ətin GMO ilə heç bir ümumi cəhəti yoxdur".
Nazirlikdən Azərbaycan bazarında süni ətin görünməsi ehtimalına münasibət bildirilib.
Carcitv verir ki, Kənd Təsərrüfatı Nazirliyi və Ərzaq və Dərmanlara Nəzarət Administrasiyası kultivasiya edilmiş hüceyrələrdən qida məhsullarının hazırlanmasının birgə tənzimlənməsi ilə bağlı razılığa gəliblər.
Eyni zamanda, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin iqtisadçısı, ət məhsulları üzrə mütəxəssis Müzəffər Abbasovun sözlərinə görə, bütün hazırlanma normalarına riayət edilməklə ortaya çıxan süni ətin Azərbaycana gətirilməsi qadağan edilmiş, geni dəyişdirilmiş məhsullara aidiyyəti yoxdur.
"Laboratoriya şəraitində hazırlanmış ətin GMO ilə heç bir ümumi cəhəti yoxdur. Doğrudur, süni ətin hazırlanmasında bütün standartlara riayət edilməlidir. Əgər hazırlanma prosesində gen dəyişdirilməsi olubsa və ya kanserogen preparatlar istifadə edilibsə, əlbəttə ki, biz bu məhsulları qəbul edə bilmərik”, - M.Abbasov qeyd edib.
Onun sözlərinə görə, əslində, süni ətdə pis heç nə yoxdur. Başlıcası, istehlakçıların aldadılmamasıdır. Misal üçün, Türkiyədə qırmızı ət əvəzinə süni rənglənmiş toyuq əti satılır. Yəni satılan məhsulla bağlı kifayət qədər məlumat göstərilməlidir.
"Əgər Azərbaycana süni ət idxal edilsə, ilk növbədə, onun insan sağlamlığı üçün zərərli olub-olmadığı yoxlanılacaq. Əgər süni ət bütün lazımi normalara cavab versə, biz onun mağazalara çatdırılmasında heç bir problem görmürük”, - M.Abbasov bildirib.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov ölkədə süni ət satışına qarşı çıxıb:
"Biz, istehlakçılar özümüz özümüzü aldadırıq, düşünürük ki, bizim qeydimizə qalacaqlar. Biznesin əsas məqsədi istehlakçıdan mümkün qədər çox pul qoparmaqdır”, - E.Hüseynov qeyd edib.
Maraqlıdır ki, süni ət təbii mənşəli olan məhsullardan xeyli faydalı ola bilər. EWG təşkilatının məlumatına əsasən, təkcə ABŞ-da istehsal olunan antibiotiklərin 70 faizi heyvanların saxlanılması üçün istifadə edilir. Bu antibiotikin böyük hissəsi qidalanma ilə bizim bədənimizə daxil olur. Süni ət isə bu cür qatqılardan kənarda qalır.
Oxunub: 266
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim