Bakıda vəhşilik - diri-diri zibilə atdılar - VİDEO
CANLI TV / 23.11.2018 13:58
Bakıda cücələri zibil qutularına atıblar. Özüdə diri cücələri kisələrə yığaraq ağzını bağlayıblar. Sosial şəbəkələrdə yayılan görüntülər kəskin qınağa səbəb olub. Məsələyə Qida Təhlükəsizlyi Agentliyi də münasibət bildirib.
Diri cücələri kisəyə yığıb zibil qabına atıblar.
Naməlum şəxs və ya şəxslər 10- la cücəni kisələrə yığaraq ağzını bağlayıb.Sonra isə paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsindəkizibil qablarına atıblar.
Əraziyə zibil atmaq üçün gələn sakinlərdən biri axşam saatlarında qutudan səs gəldiyini görüb kisənin ağzını açıb. O cücələrin diri olduğunu görən kimi həmin anı telefon vasitəsi ilə çəkərək sosial şəbəkələrdə paylaşıb.
Səhər saatlarında əraziyə getsək də həmin cücələrin ordan götürüldüyünü gördük. Cücələrin nə üçün atıldığı məlum olmasa da, onlarda hansısa xəstəliyinin olduğu ehtimal edilir. Elə faktın üstünü açan şəxs də bunu iddia edir.
Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyevin ''XəzərXəbər''ə verdiyi məlumata görə, belə faktlar adətən həyətində öz istifadəsi üçün cücə saxlayan şəxslər tərəfindən edilir. Aydın Vəliyev deyir ki, iri quşçuluq fermalarında saxlanılan cücələrdə hər hansı bir xəstəlik aşkar edilərsə onlar xüsusi üsulla məhv edilərək basdırılır.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, həmin hadisə nəzarətə götürülüb. Bununla bağlı Agentliyin baytar mütəxəssisləri tərəfindən araşdırmalar aparılacaq. Nəticələri ilə bağlı yaxın günlərdə məlumat veriləcək.
Oxunub: 305
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim