"Xalam qızını sevdim, varlı tapıb ərə getdi" - Məşhurların ilk məhəbbəti
MARAQLI / 27.11.2018 11:58
Şou-biznes nümayəndələri bu dəfə ilk məhəbbətlərindən danışıblar.
Carcitv Axşam.az-a istinadən xəbər verir ki, onlar ilk sevdikləri şəxslə bağlı açıqlama veriblər. Nadir Qafarzadə- Uşaqlıq illərinin məhəbbəti üçün ağlamamışam. Bizə deyirdilər, qızımı sənə verəcəm. Xalam qızına vurulmuşdum, əsgərlikdə eşitdim ki, nişanlanıb. Getdiyi oğlan məndən nə imkanlı, nə dəqəşəng idi. Gəlib pis oldum. Abbas Bağırov- 7-ci sinifdə sevirdim. Özümdə düşünürdüm ki, qız elə düşünür ona yaraşmıram. O qədər gözəl idi ki... İllər keçəndən sonra eşitdim ailə həyatı qurur, pis oldum. Uşaqlıq sevgisi idi. Sevda Yahyayeva- Acı xatirə deyil. Uşaqlıqda elə bilirsən sevirsən. Amma böyüyəndə görürsən ki, bu sadəcə xoşlanmaq olub. Zamiq Hüseynov- İlk sevgim 18 yaşımda olub. O vaxt məşhur deyildim. Birini sevirdim, elə bilirdim o da sevir. Vaxt keçdi anladım ki, məni yox, varlı birini sevir, kübar həyat istəyir. O da məndə yox idi. Natavan Həbibi- 6-cı sinifdə mənə eşqini etiraf edən oğlan o qədər diqqətli, mədəni, tərbiyəli idi ki... 12 yaşı var idi, hər gün mənim qapıma çiçəklər, şokoladlar qoyurdu. Hər səhər qapımı açanda bunları görürdüm. Bütün məktəb bilirdi ki, biz bir-birimizi sevirik. Ailəsi də bilirdi bunu. Hətta bizim ailəmizlə tanış olmuşdular. Biz Türkmənistandan Azərbaycana, onlar isə Almaniyaya köçdü. Əlaqə saxlaya bilmədik, heç yerdə görmədim onu. Sevda Ələkbərzadə- Şəxsi həyatdan danışmıram, bu da eynən. Bölüşmək istəmirəm. Vüqar Əbdülov- Uşaq yaşımda düşünürdüm ki, nişanlım var. Kimisə sevəcəmsə, bu valideynlərimin göstərəcəyi qız olacaq. Heç vaxt sevgi axtarmadım. Uşaqlıq eşqim də olmadı. Amma ailəmin tapdığı ilə də alınmadı. Sonra böyüdüb, amma sevdiyim yox idi. Təhsil almaq idi planım. Kasıb ailədə böyüdüm. Həmin qızın getdiyi ailə isə zəngin idi. Mən də başladım deməyə ki, qazanacam, varlı olacam. Özüm heç vaxt sevmədim. Ailəm elçi getdi, seçdi. İndi isə uşaqlarımın anası ilə xoşbəxtəm. Xəyyam Nisanov- İlk məhəbbətim bağçada başladı. O qədər ona vurğun idim ki, oradakıların ona yaxınlaşmasına imkan vermirdim. Anamı çağırdılar ki, bunu bağçadan çıxarın. Üzbəüz bağçaya keçirdilər. Bir gün ordan qaçıb gəldim qızın yanına. Sonra həmin qız mənimlə eyni sinifə gəldi. Altıncı sinifdə isə başqa məhəbbət tapdım. Məktəb bitəndən sonra bir-birimizi itirdik. Namiq Qaraçuxurlu- Əgər bir insanla ailə qurursansa, son nəfəsinə kimi yaşayırsansa, sevgidir. İndi düşünürəm ki, mənim sevgim ailəmdir. Elnarə Xəlilova- Birini məktəb vaxtı sevirdim. Bilirdim ki, mən bu oğlana vurulmuşam. Onun dəniz mavisi gözlərindən gözümü çəkə bilmirdim. Ona baxıb xəyallara dalırdım. Sonra həmin məktəbdən ayrıldım.
Oxunub: 388
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim