İlham Əliyev: Azərbaycanda bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilməkdədir
RƏSMİ / 04.12.2018 18:32
Azərbaycan Prezidenti İlham Əliyev XXIV beynəlxalq "Bakutel-2018” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi və konfransının iştirakçılarına müraciət ünvanlayıb.
Carcitv-in xəbərinə görə, məktubda deyilir:
"Hörmətli sərgi və konfrans iştirakçıları!
Sizi ölkəmizin paytaxtı Bakı şəhərində XXIV beynəlxalq "Bakutel–2018” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi və konfransının açılışı münasibətilə səmimi salamlayır, hər birinizə uğurlar arzulayıram.
Yüksək texnologiyalar sahəsində mühüm hadisələrdən olan sərgi və konfransınızın informasiya-kommunikasiya texnologiyaları sektoru nümayəndələrinin ənənəvi görüş məkanına çevrilməsi sevindirici haldır. Ən son yeniliklərin və texnoloji nailiyyətlərin nümayiş etdirilməsi baxımından geniş imkanlara malik "Bakutel” platformasında informasiya-kommunikasiya sənayesi təmsilçiləri, aparıcı biznes rəhbərləri və mütəxəssislər özlərinin qlobal əhəmiyyətli layihələr və eləcə də gələcək inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşərək həlledici qərarlar qəbul edirlər.
Bu gün Azərbaycanda telekommunikasiya üzrə yeni texnologiyaların tətbiqi və xidmət şəbəkəsinin ən müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Vətəndaşların telekommunikasiya, poçt və digər xidmətlərlə daha keyfiyyətli təmin olunması məqsədilə yaradılmış "Şəbəkə” xidmət mərkəzlərinin sayı davamlı artırılır. İnformasiya-kommunikasiya texnologiyalarının cəmiyyət həyatının ayrı-ayrı sahələrində geniş tətbiqi və məlumatların vahid mərkəzdə təhlükəsiz saxlanması üçün beynəlxalq səviyyədə təhlükəsizlik standartlarına cavab verən Data Mərkəzi qurulmuşdur.
Azərbaycan Poçtu ənənəvi xidmətlərlə yanaşı, bank-maliyyə xidmətləri də göstərir. Milli poçtumuz beynəlxalq tranzit poçt mərkəzi kimi fəaliyyətə başlamışdır. İnformasiya-kommunikasiya texnologiyalarına marağın artırılması və gənclərin innovativ ideyalarına dəstək məqsədilə paytaxtda, həmçinin bölgələrdə "İdeyadan Biznesə” startap turları və müxtəlif yarışlar təşkil olunur. Bu yaxınlarda ölkəmizdə ilk dəfə olaraq beynəlxalq "İnnovasiyalar həftəsi” keçirilmişdir. Layihə çərçivəsində ziyarətçilər yüksək texnologiyalar və innovasiyalara dair yeniliklərlə yaxından tanış olmaq imkanı qazanmışlar.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılmasının ölkəmizdə yüksək texnologiyaların inkişaf tempini daha da artıracağına əminliyimi ifadə etmək istərdim. İnanıram ki, sərgi və konfrans aparacağınız geniş müzakirələr və keçirəcəyiniz səmərəli görüşlərlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin dərinləşməsinə və yeni təşəbbüslərin meydana çıxmasına yol açacaq, informasiya-kommunikasiya texnologiyaları sənayesinin inkişafına öz töhfəsini verəcəkdir".
Oxunub: 289
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim