Fransa: Dünyaya "demokratiya dərsi" keçməyə çalışan ölkədə kütləvi həbslər davam edir - VİDEO
Dünya / 10.12.2018 15:48
Dünyaya insan hüququqları və demokratiya dərsi verməkdə iddialı olan Fransa özü bununla bağlı böhran yaşayır. "Sarı jiletlilər"in bütün ölkəni bürüyən aksiyalarında etirazçılara qarşı sərt addımlar atılır.
Carcitv.az-ın məlumatına görə, Fransa son 50 ilin ən böyük xalq etirazı ilə üz-üzədir. ''Sarı jiletlilər'' hərəkatı geniş vüsət alıb. Hökümət isə bu aksiyaları yatırmaq üçün ən sərt tədbirlərə əl atıb. Nəticədə 130 nəfər yaralanıb, 2 mindən çox aksiyaçı saxlanılıb.
Dünyaya demokratiya dərsi keçməyə çalışan Fransanın aksiyaçılara qarşı mövqeyi artıq beynəlxalq səviyyədə də qınaqlara səbəb olub. Hadisələrə münasibət bildərən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən aksiylar zamanı dünyada demokratiya müdafiəçisinə çevrilənlərin indi Fransa hadisələrinə səssiz qaldığını qeyd edib.
ABŞ prezidenti Donald Tramp isə öz tvitter hesabında qeyd edib ki, "Fransanın hər yerində etirazlar və iğtişaşlar var. İnsanlar təbiəti qorumaq üçün üçüncü dünya dövlətlərinə artıq pul vermək istəmirlər. "Biz Trampı istəyirik" deyirlər".
Fransanın ölkə daxilində vətəndaşlarına qarşı sərgilədiyi ədalətsizliyi beynəlxalq müstəvidə də fəaliyyət prinsipinə çevrilib. Bu, Makron hakimiyyəti dövründə Azərbaycana münasibətdə də özünü göstərir. ATƏT-in Minsk qrupunun üzvü olduğu halda Fransa hakimiyyətinin ermənipərəst addımları başadüşülən deyil. İşğalçı Ermənisanla əlaqələrin genişləndirilməsi bir yana, işğal altında olan torpaqlara səfərlərin təşkil edilməsi də əslində birbaşa Azərbaycanın əleyhinə yönələn addımlardır. Makronun hakimiyyətinin son zamanlardakı bu addımları Azərbaycan tərəfindən cavabsız qalmayıb. Məsələn, Makronun regiona səfəri zamanı Azərbaycan tərəfindən onun Bakıya səfəri ilə bağlı əvvəlcədən razılaşdırılmış addımlar atılmamışdı. Makronun Ermənistanda gey parad nümayəndələri ilə birgə nümayiş etdirdiyi davranışlar, xüsusi məkana çəkilmələri barədə informasiyaların mediaya sızması Azərbaycanın qərarının doğru olduğunu sübut edir. Azərbaycan tərəfi Fransanın ermənipərəst mövqeyinə kəskin etiraz edib, Dağlıq Qarabağdakı işğalçı xunta rejimi ilə Fransanın ayrı-ayrı şəhərlərinin sıxlaşan əlaqələrinə etiraz olaraq Fransanın ATƏT-in Minsk qrupuna həmsədrlikdən uzaqlaşdırlacağı haqda xəbərdarlıq edib.
Bundan əlavə, Prezident İlham Əliyevin Parisə son səfəri zamanı imzalanmış müqavilələrin icrasının Azərbaycan tərəfindən dayandırılması barədə də məlumat var. Fransanın demokratik normalara, beynəlxalq hüquqa və iki ölkənin ortaq maraqlarına zidd addımları Azərbaycan tərəfini belə sərt addım atmağa vadar edib. Bu, həm də onu göstərir ki, Makron hakimiyyəti Azərbaycana münasibətdə sələflərinin müsbət ənənələrini pozub. Çünki müstəqilliyin ilk illərindən Azərbaycan Fransa ilə müsbət əlaqələr qurub. Ədalət naminə demək lazımdır ki, Makrondan əvvəlki hakimiyyətlər Fransadakı güclü erməni lobbisinə baxmayaraq iki ölkəyə münasibətdə balansı qorumağa çalışıb. ATƏT-in Minsk qrupunun üzvü olması öhtəliyi də bunu tələb edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxunub: 297
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim