Nazarbayev azərbaycanlıları mükafatlandırdı - FOTO
RƏSMİ / 16.12.2018 12:52
Dekabrın 16-sı Qazaxıstanın müstəqilliyinin 27-ci ildönümü günüdür. Bu bayram münasibətilə ölkənin sosial, iqtisadi və mədəni inkişafına, xalqlar arasında dostluq və əməkdaşlığın güclənməsinə böyük töhfə verilməsində göstərdikləri xidmətlərə görə müxtəlif sahələrdə çalışanlar mükafatlandırılıb. Unikal.orgAzərtac-a istinadən xəbər verir ki, Nursultan Nazarbayevin Sərəncamı ilə mükafatlandırılanlar arasında altı azərbaycanlı da var. Onlar ölkənin inkişafında göstərdikləri xidmətlərə görə müxtəlif orden və medallarla təltif ediliblər. Onların arasında Qazaxıstan Azərbaycanlıları İttifaqının rəhbəri Əbülfəz Xamedov ən yüksək mükafata - II dərəcəli dostluq ordeninə layiq görülüb. Bu, son beş ildə Qazaxıstanda yaşayan azsaylı xalqların nümayəndəsinə verilən ən yüksək mükafatdır.
Qazaxıstanın iqtisadi nailiyyətlərində xidmətlərinə görə Allahverdi Mamedov, Bəxtiyar Mirzəyev, Faiq Mahmudov, Faiq Bayramov və Allahqulu Cəfərov da medal və mükafatlarla təltif olunublar.
Qeyd edək ki, Qazaxıstanda 200 mindən çox azərbaycanlı yaşayır. Prezident Nursultan Nazarbayev hər zaman Azərbaycan icmasına xüsusi diqqətlə yanaşır. Dövlətlərimizin başçılarının səyləri nəticəsində ölkələrimizi həmişə səmimi dostluq, qardaşlıq və əməkdaşlıq münasibətləri birləşdirib.
Qarşılıqlı münasibətlərin hazırkı vəziyyətini və perspektivlərini qiymətləndirərək inamla demək olar ki, dövlətlərimiz arasında əlaqələr daha da genişlənəcək və möhkəmlənəcək. Qazaxıstan Xalqlar Assambleyasında Nursultan Nazarbayevin köməkçisinin də məhz azərbaycanlı olması Qazaxıstan cəmiyyətində azərbaycanlıların mövqeyinin daha da möhkəmlənməsindən xəbər verir.
Qazaxıstanda elm, təhsil, səhiyyə, mədəniyyət və iqtisadiyyat sahələrində çalışanlar, ö cümlədən yüksəkvəzifəli məmurlar arasında həmyerlilərimiz də var.
Oxunub: 340
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim