Nazirlikdən restoran sahiblərinə CİDDİ XƏBƏRDARLIQ: ən yüksək cərimələr tətbiq ediləcək
Cəmiyyət / 18.12.2018 10:34
Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ov ətlərinin qəbulu ilə bağlı restoranlara ciddi xəbərdarlıq edib.
Bunu Nazirliyin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.
Departament rəhbəri bildirib ki, ölkə ərazisində qanunsuz ov edilməsi sonda həmin heyvanın ətinin hansısa restoranlara satılması ilə nəticələnir: "Çünki bu gün Azərbaycanda əhalinin sosial rifahı o qədər aşağı deyil ki, kimsə həyatını təmin etmək üçün qadağan olunmuş heyvanları ovlasın. Əksər hallarda "Qırmızı kitab"a düşən nadir heyvanları ona görə ovlayırlar ki, restoranlara təhvil versinlər. Buna görə də biz artıq restoranlara xəbərdarlıq edirik və onları ov heyvanlarının ətlərini almamağa çağırırıq. Dünən biz maralın qanunsuz ovlanması ilə bağlı məlumat yaymışdıq. Bununla bağlı hüquq-mühafizə orqanlarına da məlumat vermişik və artıq şübhəli şəxslər də müəyyən edilib, onların saxlanılması ilə bağlı təbdirlər görülür. Həmin şəxslər azadlıqdan məhrum ediləcək və ya külli miqdarda cərimə ediləcək. Qanunvericiliyə görə, həmin şəxsləri 2 il müddətinə həbs gözləyir. Kiçik bir gəlirə görə həmin şəxslər həbs ediləcək".
H.Əlizadə deyib ki, bu cür hallar həmçinin restoran müştərilərinin də həyatını təhlükəyə atır: "Çünki həmin ov heyvanları baytar nəzarətindən keçirilmədən restoranlara verilir. Həmin heyvanlarda müxtəlif xəstəliklərvola bilər və o ətlər yoxlanılmadan müştərilərə verilir. Bu da insanların həyatını risk qarşısında qoyur. Çünki təbiaətdə olan heyvan hansısa bir xəstəliyin daşıyıcısı ola bilər".
Departament rəhbəri bildirib ki, Ekologiya və Təbii Sərvərlər Nazirliyi bu cür halların qarşısını almaq üçün bütün lazımi tədbirləri həyata keçirəcək ki, həmin restoranlar bu cür ov ətlərini almasın: "Bu prosesdə ən yüksək cərimələr tətbiq ediləcək və hətta ov əti alan restoranların fəaliyyətinin şübhə altına alnması ilə bağlı tədbirlər görüləcək. Eyni zamanda həmin restoranlar və qanunsuz ov edənlər ictimaiyyət üçün böyük bir qınaq obyektinə çevriləcək. Bunun üçün kütləvi informasiya vasitələrinin də köməyinə ehtiyacımız var. Ola bilər ki, ov əti verən restoranlarda monitorinqlər də keçirilsin". (trend)
Oxunub: 241
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim