ABŞ Türkiyənin qarşısını ALA BİLMƏDİ - Müharibə başlayır və Rusiya...
Dünya / 18.12.2018 16:07
"Münbiçdə nə olursa-olsun, Türkiyə Fəratın şərqindəki hərbi əməliyyatdan vaz keçməyəcək”.
Bu sözləri Türkiyənin "Yeni Şəfəq” qəzetinin yazarı Məhəmməd Acət qeyd edib.
Yazar bildirib ki, Ankaranın əsl məqsədi qısa müddətdə Münbiçi terrorçulardan təmizləməkdən ibarət deyil.
Onun mövzu ilə bağlı qələmə aldığı məqaləsini təqdim edirik:
"Fəratın şərqində, ABŞ-ın mühafizə çətiri altında onları günəşli günlərin gözlədiyini düşünən YPG terror təşkilatının qapısında alov var. İdarə heyətində PYD təşkilatının üzvlərinin çoxluq təşkil etdiyi Demokratik Suriya Qüvvələrinin siyasi qolu olan Suriya Demokratik Məclisinin vitse-prezidenti Riyad Dirarın sözlərindən bunu anlaya bilərik: ABŞ terrorçulara Türkiyənin ehtimal olunan hərbi əməliyyatlarına qarşı təminat vermir. Əsgərlər böyük hücum qarşısında dayana bilməz. Əsəd rejimi müdaxilə edib sərhədləri qorumalıdır. Bu bir-iki cümlə birdən çox ünvana göndərilən "SOS” mesajıdır. Təzyiqli bir hava və quru hücumu gücünə sahib olan Türkiyə Silahlı Qüvvələrinin qarşısında YPG-nin dayanmaq şansı Afrini terrorçulardan təmizləmək əməliyyatlarında üzə çıxıb.

Məsələ ilə bağlı ən əsas sual isə budur:ABŞ Türkiyənin hərəkatına necə münasibət göstərəcək?
ABŞ Türkiyənin bu bölgələrə bir güllə atmasını belə istəmir. Daha öncə "Fərat qalxanı” və "Zeytun budağı” əməliyyatlarına qarşı ABŞ-ın göstərdiyi həssaslıqdan daha azını öz əlləri ilə inşa etdiyi bir layihəyə qarşı göstəməsini düşünmək yanlış olacaq.
Türkiyənin qətiyyəti, təzyiqi qarşısında ABŞ nə qədər geri çəkilə bilər?Ya da ABŞ hökuməti birinin (Türkiyəni) başını qarışdırıb, digərinə "hərəkət et” (terrorçular) deyəcəyi iki müttəfiqi arasında yeni bir balans qura bilərmi? Əgər ABŞ hər zaman olduğu kimi burada da praqmatik bir duruş sərgiləyəcəksə, Türkiyənin təzyiqi nəticə verə bilər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fəratın şərqi üçün nəzərdə tutulan hərbi əməliyyatların başlanması siqnalını verəndən sonra ABŞ prezidenti Donald Tramp ona zəng edib. Tramp Ərdoğana "əsgərlərinizin olduğu yerlərin koordinatlarını bilirik. YPG-nin içində əsgərləriniz varsa, geri çəkin” deyib.
Əməliyyatlarda yanlışlıqla belə olsa, ABŞ əsgərlərinin zərər görməsi fəlakət ssenarisi olacaq. Lakin eyni vəziyyət Türkiyə üçün keçərlidir. Belə bir ehtimalın reallaşması iki tərəfi də yaralayacaq. Bu durumda Vaşinqton Anakara hərəkətə keçməzdən öncə bütün təzyiq aparatlarını işə salacaq. Ankaranı vaz keçirə bilməsə, əsgərlərini təhlükəsiz bölgələrə göndərəcək.
Tramp Ərdoğanla telefonda danışdıqdan sonra Ağ Ev adından sərt bir açıqlama verilməsi qərara alınıb. Lakin Rusiyanın Türkiyə-ABŞ münasibətlərini daha da gərginləşdirmək niyyətinin fərqində olan dairələr bu açıqlamanın verilməsinə əngəl olub.
Nədir bu?
Bu günə qədər olduğu kimi təzyiqlə, bəlkə də, təhdidlə Türkiyənin hərəkətə keçməsinin qarşısını almaq”./publika.az
Oxunub: 277
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim