Əli Həsənovu hədəfə alanlar ifşa edildi - Çexiyadakı mühacir xanımdan şok faktlar
RƏSMİ / 20.12.2018 10:30
Son günlərdə Avropadakı "söyüş müxalifəti” yenidən aktivləşib. Öz çirkin niyyətlərini həyata keçirmək üçün bu müxalifətin təmsilçiləri bütün əndazələri aşaraq Azərbaycan hökumətinin rəhbərliyindəki bəzi şəxsləri yenidən hədəfə alıblar. Əsas hədəf kimi isə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov seçilib.
Çoxsaylı hücum və ittihamlara cavab olaraq Əli Həsənov dekabrın 17-də "söyüş müxalifəti”nin təmsilçiləri, eləcə də, hədəf götürülməsinin səbəbləri barədə məqalə ilə çıxış edib. Bu məqalənin ardından Gürcüstanda yaşayan jurnalist Azər Kazımzadə, Almaniyada məskunlaşan Əli Oğuz və Rəfail Piriyev kimi mühacirlər sosial şəbəkələrdə şər-böhtan kampaniyasına daha da güc verərək, ağızlarına gələn statuslar paylaşırlar.

Azər Kazımzadə
Guya adının çəkilməsini istəməyən Göyçaydakı bir müxalifətçi A.Kazımzadəyə Fransada mühacirətdə yaşayan Vidadi İsgəndərlinin atasının məzarının təhqir olunması ilə bağlı məlumat ötürüb, həmin məlumatda qəbrin təhqir olunmasında Ə.Həsənovun rolunun olduğunu iddia edib. Eyni zamanda, hər üç mühacir "Sfera.az” saytının baş redaktoru, "Azerbaijan-Azerbaycan” səhifəsinin idarəçisi Emil Məmmədovun məzarı murdarlaması barəsində əllərində faktların olduğunu bildirirlər. Halbuki, bu günlər ərzində dəfələrlə edilən təkidlərə baxmayaraq, bir fakt belə ortalığa qoymayıblar.

Əli Oğuz
Onların canfəşanlıqlarının son günlərdə artması ilə bağlı bir sıra faktlar üzrə çıxıb. Məlum olub ki, Ə.Oğuz və R.Piriyev Almaniyadan oturum almaq üçün yerli hakimiyyət orqanlarından imtina cavabı alıblar və onların digər ölkəyə, həmçinin Azərbaycana deportasiya təhlükəsi var. Eyni zamanda, Gürcüstandan Almaniyaya getməyə çalışan A.Kazımzadə buna nail ola bilmir.
Bu səbəbdən hər üç mühacirin Azərbaycana yollarını tamam bağlamaq və öz ölkələrində onları ciddi təhlükələrin gözlədiyi barədə görüntü yaratmaq üçün bu cür çirkin oyunlar oynadıqları bildirilir. A.Kazımzadənin guya Göyçaydan adı məlum olmayan birisinin V.İsgəndərlinin atasının qəbrinin təhqir olunmasında Ə.Həsənovun rolunun olduğu barədə məlumat ötürdüyü barədə xəbər yaymasının əslində qurduğu oyunun tərkib hissəsi olduğu vurğulanır.

Rəfael Piriyev
Açıq şəkildə görünən odur ki, bu və ya buna bənzər insanlar Azərbaycan rəsmilərinin şəxslərinə yönəlik reaksiyalarına nail olmaq üçün dəridən-qabıqdan çıxırlar. Arada buna nail də olurlar ki, bundan sığınacaq almaq üçün "yaşıl işıq” kimi istifadə edirlər. Çünki reaksiya verilən kimi dərhal olduqları ölkənin miqrasiya orqanlarına məlumat verirlər, həmin materialları göstərib deyirlər ki, Azərbaycanda bizi təhlükələr gözləyir, biz ora qayıda bilmərik...
Təsadüfi deyil ki, bu metod indiyə qədər dəfələrlə sınaqdan keçirilib. Bu barədə mətbuatda xəbərlər az getməyib. Öz ölkələrinin imicini zərrə qədər düşünməyən belə insanların sadəcə bir məqsədləri var, Avropa ölkələrindən siyasi sığınacaq almaq. Bunun üçün hər şeyi etməyə hazırdırlar.

Mətanət Əzizova
Hər üç mühacirin şousu ilə bağlı Çexiyada mühacir həyatı yaşayan Mətanət Əzizovanın öz facebook profilində paylaşdığı status diqqəti cəlb edir. V.İsgəndərlinin atasının qəbrinin təhqir olunması il bağlı yayılan saxta məlumatın bəzi mühacirlər tərəfindən tirajlanmasının təsadüf olmadığı həmin statusda göstərilir:"Almaniyadan sığınacaq ala bilməyən həmvətənlərim saxta məlumatı əllərinə alıb yeni oyuna başladılar. Çox əsəbi halda status, rəylər yazırlar, etirazlarını bildirirlər, özü də bilə-bilə ki, məlumat yalandır. İndidən rəylərdə gic-gic şeylərlə mənə ləkə yaxa bilərsiniz. Ona görə ki, söhbət Vidadi İsgəndərli, Emil Məmmədov və Əli Həsənov haqda yayılmış məlumatdan gedir. Bu mövzu ətrafında siyasi oyun haqda yazacam”.
![]()
Mətanət Əzizovanın öz facebook profilində paylaşdığı status
M.Əzizova söz verdiyi kimi, bu statusdan saatlar sonra növbəti status paylaşır və A.Kazımzadəni sözün həqiqi mənasında darmadağın edir.
Həmin statusdan əsas hissələri təqdim edirik:"Almaniyada yaşayan bir neçə "feysbuqda” aktiv olan qaçqına saxta profildən məlumat gəldi ki, belə bir xəbər var, yayın. Çoxlar bundan imtina etdilər. Ona görə ki, başa düşdülər ki, bu siyasi oyun ola bilər. Amma Almaniyada yaşayan bir nəfər bu yükü öz üzərinə götürdü. Bu insan haqqında maraqlanın. Almaniyada yaşayan hüquq müdafiəçiləri onun haqqında çox şey bilirlər. Bir neçə gün əvvəl status yazdım ki, "feysbuq”da bəzilərinin profilləri, statusları reket jurnalistlərin KİV-lərdə verilən manşet yazılarına oxşayır. Sonra o statusu sildim. Mən Almaniyadakıları nəzərdə tuturdum. Bir neçə gün ərzində sizə ancaq bir cümlə yazdım ki, Azər məlumatı yoxlayın, ona görə ki, bu Almaniya qaçqınları sizi zibilə salacaq. Siz mənə yazdınız ki, məlumatı yoxlamısınız. Mən bilirdim ki, cavabınız yalandır. Amma mənim işim sizin yalanınızı tutmaq yox, xəbərdarlıq idi ki, bu oyunbazlara baş qoşmayın və onların sizə ötürdüyü məlumat yalandır, siyasi oyunun növbəti planıdır və sizə göndərilən Vidadi haqqında məlumat oyunbazların məlumatıdır.
Bu olayla bağlı öz fikrimi bildirim. Bu fikirlər məlumat, analiz üzərindən götürülüb. Düşünürəm ki, Vidadi İsgəndərlinin qohumlarının məzarını heç kəs təhqir etməyib. Onu da düşünürəm ki, o məlum video Vidadi tərəfindən hazırlanıb (bu haqda ancaq mən düşünmürəm). Düşünürəm ki, Emil Məmmədovun o məzarı təhqiretmə videosunda əli yoxdur. Emil o videonu daha peşəkarcasına düzəldərdi, onun bilikləri buna imkan verir”.
A.Kazımzadə, Ə.Oğuz və R.Piriyevin şər-böhtanlarına tuş gələn E.Məmmədov məsələ ilə bağlı "Yeni Müsavat”a bunları dedi:"Son günlərdə bu üç şəxs üzərimə hücuma keçiblər. Guya bunların əllərində fakt var ki, Vidadi İsgəndərlinin atasının məzarını mən murdarlamışam. Əgər fakt varsa, buyurun təqdim edin. Mən bunlara yazanda məni dərhal bloka atdılar. Albomumdan fotolarımı oğurlayaraq üzərində təhqiramiz ifadələr yazaraq paylaşırlar. Separatçı Azər Kazımzadəni dəfələrlə debata çağırdım, dedim ki, sübutlarını təqdim et. Dərhal məni blok etdi. Mətanət xanım o statusu tam əminliklə yazıb. Ona Almaniyadakı tanışları vasitəsilə məlumat verilib. Əli Oruc və Rəfail Priyevə Almaniyada oturum verilmədiyi faktı ortadadır. Azər Kazımzadə isə Gürcüstandan Almaniyaya getmək istəyir. Guya Gürcüstanda onun həyatına təhlükə var. Əli Oğuza salam yazmışam. Status yazıb ki, hər an öldürülə bilər. Ardınca da yazır ki, Emil Məmmədov mənə "salam”yazır, Almaniyadakı idmançı şəxslərə məni döydürə bilər. Bu şəxslərin üçü də əlbirdir. 2014-cü ildə Vidadi İsgəndərli ilə problemim olub. Daha çox bunun üçün məni hədəf seçiblər. Məzar söhbətində iddia edir ki, guya dayım uşaqları həbs olunub. Bu tamamilə yalandır. Videoda adı çəkilən şəxsin danışığının ümumiyyətlə, göyçaylılara dəxli yoxdur. Elə bir ləhcə Göyçayda yoxdur. Uydurma bir videodur. Vidadi İsgəndərlinin atasının məzarı ilə bağlı ikinci bir video paylaşıldı. O videodakı məzarla murdarlanan məzar arasında fərqlər kifayət qədər çoxdur. Bir məzarın kənarları dəmirlə, digəri betonla hasarlanıb”. ("Yeni Müsavat”)
![]()
Mətanət Əzizovanın facebook-da yazdığı rəylər...
Oxunub: 329
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim