"Müasir Azərbaycanın uğurları heyrətləndirir - Qusman
RƏSMİ / 24.12.2018 11:07
Azərbaycan üçün başa çatmaqda olan 2018-ci ilin əsas hadisəsi prezident seçkiləri oldu, xalq çox yüksək etimad göstərərək yenidən İlham Əliyevi Prezident seçdi.
Carcitv.az xəbər verir ki, bunu trend-ə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun müavini, Rusiyanın Əməkdar mədəniyyət işçisi, RF Dövlət mükafatı laureatı Mixail Qusman deyib.
Onun sözlərinə görə, Prezidentə səs vermiş insanlar İlham Əliyevin rəhbərlik etdiyi son 15 il ərzində ölkədə baş vermiş müsbət dəyişiklikləri öz həyatlarında hiss ediblər: "İlham Əliyev dahi atası, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin inanılmaz siyasi səyləri, iradəsi sayəsində ölkənin uçuruma yuvarlanmasının, dağılma və parçalanmasının qarşısını ala bildiyi dövlətə rəhbərlik etməyə başladı”.
M.Qusman vurğulayıb ki, məhz Heydər Əliyev müasir Azərbaycanın Xilaskarı olub, İlham Əliyev isə son 15 il ərzində özünü ölkənin Qurucusu kimi göstərib:
"Müasir Azərbaycanın uğurları nəinki sevindirir, hətta heyrətləndirir, düşmənlərin aşkar paxıllığına, dostların isə səmimi sevincinə səbəb olur. Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi kimi, Azərbaycanda iqtisadiyyatın, sosial sahənin, mədəniyyətin inkişafı və hərbi quruculuqla bağlı planları onu göstərir ki, gələn il də Azərbaycan daha müasir, daha güclü, dünya siyasi sisteminə daha da inteqrasiya olunmuş dövlət quruculuğu yolunda irəliləyəcək”.
TASS-ın baş direktorunun müavini Prezident İlham Əliyev tərəfindən nəzərdə tutulan ölkənin strateji inkişaf planlarının reallaşdırılmasına dəstək göstərilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük rolunu qeyd edib.
M.Qusman əlavə edib ki, ölkənin Qurucusu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin gələcəyi son dərəcədə xoşbəxt görünür.
Oxunub: 305
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim