İcbari tibbi sığorta haqları TƏSDİQLƏNDİ - VİDEO
CANLI TV / 29.12.2018 09:21
Bu gün Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası baş tutub. İclasda əsas müzakirə mövzularından biri ''Tibbi sığorta haqqında'' qanuna dəyişikliyin edilməsi ilə bağlı olub. İclasda millət vəkilləri Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə bağlı müraciət də qəbul ediblər.
Millət vəkilləri 2018-ci il üçün sonuncu iclaslarını keçiriblər. Gündəliyinə 52 məsələnin daxil olduğu iclasda əsas müzakirə mövzularından biri ''Tibbi Sığorta Haqqında '' qanuna edilən dəyişiliklərlə bağlı olub. Bu barədə məlumat verən millət vəkiliƏhliman Əmiraslanov dəyişikliklərin 34 maddəni əhata edən 5 yeni fəsildən ibarət olduğunu və burada həm də icbari tibbi sığortanın prinsip və qaydalarının müəyyən edildiyini bildirib. Beləki İcbari sığortanın baza hissəsi üçün dövlət tərəfindən hər vətəndaşa görə 29 manat ayrılacaq, amma əlavə hissəsini bəzi vətəndaşlar özləri təmin etməlidir.
İclasda iştirak edən İcbari Tibbi Sığorta Dövlət Agentliyinin sədri Zaur Əliyev bu sığorta növünün tətbiqi ilə səhiyyə xidmətlərinin keyfiyyətinin artması ilə yanaşı , səhiyyə işçilərinin də maaşının artacağını bildirib.
Millət vəkilləri iclasda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət də qəbul edib. Müraciətdə Qarabağın hər bir Azərbaycanlının ağrılı yeri olduğu xatırladılıb. ''Bütün dünya azərbaycanlıları səylərini artırsalar, bu problemin həlli daha yaxınlaşa bilər''-deyə qeyd edilib.
Daha sonra çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov il ərzində görülən işlərə qısa nəzər salıb .
Sonda Azərbaycan himnin səsləndirilməsi ilə payız sessiyasına yekun vurulub və millət vəkilləri tətilə yollanıblar.
Oxunub: 302
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim