Əti süni şəkildə bahalaşdırıblar - Nazirlikdən AÇIQLAMA
Cəmiyyət / 05.01.2019 11:35
Hazırda ölkə ərazisində, xüsusilə paytaxt Bakıda quzu ətinin 14 manatadək bahalaşması müşahidə olunur. Hər il olduğu kimi, bu il də bahalaşmanın bayram ərəfəsində qeydə alınması, ekspertlər tərəfindən işbazların fürsətdən istifadəsi kimi qiymətləndirilir. Digər iddialara görə, bölgələrdə mal-qara arasında bəzi xəstəliklər səbəbindən heyvanlar tələf olur...
Məsələ ilə bağlıKənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vüqar Hüseynov Modern.az-a açıqlama verib.
V.Hüseynov bildirib ki, təmsil etdiyi qurum heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir:
"Sərbəst bazardır, qiymətlər tələb və təklifə uyğun formalaşır. Bayramla əlaqədar tələbat artdığına görə ola bilər ki, kimlərsə qiymətləri süni şəkildə qaldırıb. Amma ölkə üzrə - istər rayonlarda, istərsə Bakıda bizim apardığımız monitorinqlər göstərir ki, bahalaşma bəzi yerlərdədir. Kimlərsə bayramda tələbatın artmağından istifadə edərək, qiymətləri bahalşadırıb. Məsələn, öz müşahidəmə əsasən deyim ki, dekabrın 31-də Gəncədə quzu ətinin kiloqramı 10 manat 50 qəpik, Şəkidə hətta 9 manata idi. Amma Bakıda quzu əti 2-3 nöqtədə fərdi sahibkarlar tərəfindən 14 manata satılırdı. Bu isə ölkə üzrə ətin bahalaşması demək deyil. Məsələn, 20-ci sahə ərazisində ilboyu quzu ətinin kiloqramı 14 manatadır”.
Nazirlik rəsmisi heyvanların baş sayının azalması iddialarına da aydınlıq gətirib:

"Ümumiyyətlə, sahibkarlar qış aylarında hava şəraiti ilə əlaqədar heyvanları bazara çıxarmırlar. Həm də heyvanların balavermə dövrüdür deyə, onları daha çox qoruyurlar. Bu səbəbdən də fərdi təsərrüfat sahibləri indiki vaxtda heyvanları satmağa maraq göstərmir. Ümumilikdə ölkəmizdə ətlə təminetmə səviyyəsi 100 faiz olmasa da, yüksəkdir. Heyvandarlığın inkişafına dair dövlət proqramı hazırlanır. Bu proqram tətbiq olunanda ölkədə özünü ətlə təminetmə səviyyəsi 100 faizə çatdırılacaq. Bu, əsas hədəflərdən biridir”.
V.Hüseynov heyvanların baş sayının azalmasına xəstəliklərin təsiri məsələsinə münasibət bildirib:
"Heyvan xəstəliklərilə bağlı illik tədbirlər planımız var. Baytarlıq Xidməti tərəfindən proqrama uyğun olaraq, mütəmadi işlər aparılır. Məsələn, fərdi təsərrüfatçı bilməlidir ki, oktyabr ayında müəyyən xəstəliklərə qarşı yoxlama aparılmalıdır. Əgər xəstəlik aşkarlanıbsa, vaksin vurulmalıdır. Biz bununla bağlı maarifləndirmə işləri aprırıq. Fərdi təsərrüfatlara xəstəliklərlə bağlı yoxlamaların vaxtı barədə məlumat veririk. Vaksinlərin bir hissəsi dövlət hesabına vurulur, digər hissə var ki, təsərrüfat sahibləri özləri müraciət edir. Bizdə nəzarət funksiyası yoxdur, biz xidmət göstəririk. Amma ümumilikdə nə Kənd Təsərrüfatı Nazirliyinin çağrı mərkəzinə, nə də Baytarlıq Xidmətinə haradasa kütləvi xəstəlik yayılması və tələfat olması barədə müraciət daxil olub. Tam əminliklə deyə bilərik ki, epizodik vəziyyət sabitdir”.
Oxunub: 285
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim