“Azərbaycanda qrip virusu...” - ÜST-nin nümayəndəsi
XƏBƏR / 11.01.2019 11:05
Qrip virusu ilə bağlı bütün ölkələr eyni dərəcədə risk altındadırlar.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, A(H1N1) virusu insanda qripin yaranmasına səbəb olan viruslardan biridir.
H.Harmancı qeyd edib ki, qrip, adətən, hər il dünyada epidemiyalar yaradır. Qrip olanların bir çoxu heç bir müalicə olmadan bir həftə ərzində yaxşılaşır.
ÜST rəsmisi deyib ki, virusun hər hansı ölkəyə keçməsinin qarşısının alınması mümkün deyil. Daha əvvəlki pandemiyalar zamanı tətbiq edilən müxtəlif üsullar (sərhədlərin bağlanılması, ticarətin məhdudlaşdırılması, sərhədlərdə insanların bədən temperaturunun ölçülməsi kimi tədbirlər və s.) bunun mümkün olmadığını göstərib:
"Bütün ölkələr eyni dərəcədə risk altındadırlar. Qrip virusu daha əvvəlki illərdə olduğu kimi, bu il də Azərbaycanda var və hər zaman da olacaq. Ancaq bəzi illərdə xəstə sayı arta bilər. Qripdən qorunmanın ən yaxşı yolu risk qruplarının müəyyən edilməsidir”.
ÜST rəsmisi qeyd edib ki, ÜST-nin müəyyən etdiyi risk qruplarına hamilə qadınlar (hamiləliyin istənilən vaxtında), 5 yaşdan kiçik uşaqlar, 65 yaşdan böyük insanlar, xroniki xəstəliyi olan olanlar (HİV/AIDS, astma, ürək və ağciyər, diabet xəstələri, qripə məruz qalma riski yüksək olanlar (səhiyyə işçiləri kimi) daxildirlər.
H.Harmancı əlavə edib ki, bundan əlavə, fərdi tədbirlər də qrip epidemiyasının yaranmasının qarşısını ala bilər:
"Bunun üçün hər kəs əllərin yumağı bir vərdiş halına salmalıdır, çünki qrip virusları əllə də keçə bilər. Öskürən, ya asqıran zaman əl dəsmalı ilə ağzınızı örtün, sonra isə onu ya yaxşıca yuyun, ya da atın. Qızdırma, öskürək, baş ağrısı, əzələ ağrısı, həddindən artıq yorğunluq, boğaz ağrısı simptomları müşahidə edilən insanlardan uzaq durun”.(trend.az)
Oxunub: 312
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim