Qarabağ qazisinin bu çıxışı Mehriban Əliyevanı kövrəltdi – VİDEO
Cəmiyyət / 02.02.2019 10:58
Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında qazi Kamil Musəvinin çıxışı duyğulu anlar yaşadıb.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi tədbirdə çıxış edən K.Musəvi Prezident, Ali Baş Komandanın "İrəli” əmrinə qazilərin də hər an hazır olduğunu bildirib.
"Kimlərsə düşünər ki, vücudlarının hər hansısa bir üzvünü itirmiş insanlar nə cür döyüşə bilər. Amma vallah, ayağımız yoxdur, sürünərək, gözümüz yoxdur, hiss edərək döyüşə gedəcək. Yetər ki, yaşasın xalqımız, yetər ki, var olsun müstəqil Azərbaycanımız”.
Qazinin bu sözləri Birinci vitse-prezident mehriban xanım Əliyevanın da duyğulanmasına səbəb olub.
Xatırladaq ki, Musavi Kamil İbadət oğlu 1990-cı ildə Qazax rayonunda anadan olub. O, Firdovsi Umudovun dəvəti ilə sərbəst güləş üzrə Azərbaycan yığma komandasına cəlb edilib, bir sıra qələbələrə imza atıb. Xeyli müddət yığma komandada olduqdan sonra hərbçi olmaq qərarını verib.
Özü bu haqda deyir ki, Firdovsi Umudov bizi orda sadəcə idmançı kimi yox, həm də əsgər kimi yetişdirirdi. Xüsusən də bayraq qaldırmaq mərasimləri sanki məni hərbi sahəyə doğru itələyirdi və belə də oldu.
Kəşfiyyat qrupunun komandiri vəzifəsini icra edən Kamil Musavi 2015-ci il oktyabr ayının 12-də gecə saat 23:46-da Talışkənd istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman bir gözü və ayağından yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı baş leytenantı olan Musavi "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal, "Vətən Naminə" medalı və "General Həzi Aslanov" medalları ilə təltif edilib.
Oxunub: 268
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim