Komada olan jurnalistin xanımı prezidentə müraciət etdi
Cəmiyyət / 09.02.2019 13:13
Tanınmış jurnalist Natiq Qocaman bir həftədir ki, komadadır. Natiq Qocaman 4 gün əvvəl Mərkəzi Klinik Xəstəxanada beyin əməliyyatı olunub, lakin hələ də komadan ayılmayıb.
Carcitv.az xəbər verir ki, jurnalistin həyat yoldaşı Könül Aypara bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib: "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarına!
Hörmətli Prezident, ulu öndər Heydər Əliyev tərəfindən əsasları qoyulan möhkəm və güclü dövlətçilik kursunu davam etdirərək Azərbaycanı iqtisadi, siyasi, hərbi və digər sahələrdə dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevirdiyiniz hamıya məlumdur. Ulu Öndər Heydər Əliyev kursunu davam etdirməyinizdən məmnunuq və daima dəstəkləyirik!
Həmçinin, Sizin jurnalistlərə olan qayğınızın da şahidi olmuşuq. Ümumiyyətlə, ictimai-siyasi həyatda aktual məsələlərlə bağlı hansı mütərəqqi layihələr Sizə təqdim olunursa, dərhal ona müsbət reaksiya vermisiniz. İstər xəstə jurnalistlərə, istərsə də sənət adamlarına dövlət, o cümlədən Heydər Əliyev Fondu tərəfindən yardım göstərilib.
Bu gün Sizə müraciət etməyimə səbəb 8 gündür insult diaqnozu ilə komaya düşən həyat yoldaşım - 20 ildən artıqdır ki, mediada fəaliyyət göstərən jurnalist, "Oxu məni” qəzetinin keçmiş həmtəsisçisi və baş redaktoru, "Mediapress.az” Xəbər Agentliyinin Baş redaktoru, "Tərəqqi” medalı ilə təltif edilən, iki azyaşlı uşağın atası Natiq Qocamanın səhhətınin ağır olmasıdır.
Hörmətli Prezident, Natiq Qocaman fevral ayının 1-dən insult keçirərək komadadır və müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq, vəziyyəti ağır olaraq qalmaqda davam edir. Həyat yoldaşımın müalicəsinin xaricdə olduğu deyirlər. Buna isə bizim maddi imkanımız yoxdur.
Cənab Prezident, Natiq Qocamanın müalicəsinə yardım etməyinizi xahiş edirəm. Əminəm ki, Siz həyat yoldaşımın ağır vəziyyətini nəzərə alaraq onun müalicəsi üçün lazım gələn bütün köməklikləri göstərəcəksiniz. Öncədən təşəkkürümü bildirirəm”.
Oxunub: 330
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim