“Məmməd Əmin Rəsulzadə” gəmisi qəzaya düşdü - Video
REPORTAJ / 14.08.2019 21:05
"Ötən gecə saat 22:25 radələrində göyərtəsində 14 heyət üzvü olan və ilk səfərinə çıxmağa hazırlaşan flotiliyamızın yeni gəmisi "MAMMAD AMİN RASULZADEh” İstanbulun Dəmir bölgəsində "Doric Warrior” gəmisi tərəfindən vurulub”.
carcitv.az xəbər verir ki, bunu gəminin məxsus olduğu "Palmali” şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fidan Quliyeva bildirib. O, deyib ki, "MAMMAD AMİN RASULZADE” gəmisinin uzunluğu 129 metr olduğu halda toqquşmaya səbəb olmuş "Doric Warrior” gəmisinin uzunluğu 230 metrdir.
"Bölgəyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin 3 xilasedici gəmisi cəlb edilib. Xoşbəxtlikdən xəsarət alan yoxdur, lakin toqquşma nəticəsində gəmiyə zərər dəyib. Bir gəminin dayandığı halda başqa gəmi tərəfindən vurulması 1/1000 ehtimal olunan hadisə sayılır. Toqquşmanın səbəbləri ciddi araşdırılır. "Palmali” şirkətinin rəhbərliyi hadisə yerindədir. Gəmi limanda ilk səfərini həyata keçirmek ücün gözləyirdi.
Maraqlıdır ki, hadisə baş verəndən dərhal sonra bu xəbər bəzi qüvvələr tərəfindən bütün saytlara ötürülüb. Özünü Türkiyə mediyası adlandıran, əslində isə Azərbaycan KİV-lərinin istinad etməsi ücün maliyyələşən, adı it dəftərində olmayan sayt bu insidenti baş xəbər edir. Təbii ki, bundan sonra "dost” media qurumları "Palmali” şirkətinin mövqeyini öyrənmədən, hadisə zamanı ölən yaxud yaralanların olub-olmadığını soruşmadan xəbəri yayırlar. Bir daha xatırladırıq ki, "MAMMAD AMİN RASULZADE” gəmisinin göyərtəsində 14 nəfərdən ibarət heyət olub. Digər tərəfdən, yazırlar ki, ay aman, gəmi köhnədir, yüklüdür. Bir daha bəyan edirik: "Ay millət, toqquşma hadisəsi ilə gəminin köhnə və ya təzə olmasının, yaxud yüklü-yüksüz olmasının heç bir əlaqəsi yoxdur!”. Üstəlik, özlərindən uydururlar ki, guya gəmi batır. Gəmimiz dayandığı yerdə başqa gəmi tərəfindən vurulsa da, yenə də yazırlar ki, gəmi köhnədir və batır. VURĞULAYIRIQ: "MAMMAD AMİN RASULZADE” gəmisi batmır! Gəmimizi batıra bilmədiniz və heç vaxt bunu bacarmayacaqsınız. "Palmali”nin gəmisini batırmaq düşündüyünüz qədər də asan iş deyil!”
Qeyd edək ki, 6 avqust 2019-cu il tarixdə "MAMMAD AMİN RASULZADEH” gəmisinin ilk səfərə çıxması münasibəti ilə təntənəli mərasim keçirilmişdi. Tədbirdə yüksək vəzifəli şəxslər, tanınmış alimlər, Azərbaycandan dəvət olunmuş jurnalistlər, QHT rəhbərləri, o cümlədən dahi lider Məmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə iştirak etmişdi. Mərasimdə gəmiyə "MAMMAD AMİN RASULZADE” adının verilməsi və bu ad altında yeni gəminin Azərbaycanı bütün dünyada təbliğ edəcəyi xüsusi vurğulanaraq mühüm tarixi hadisə adlandırılmışdı.
Oxunub: 424
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim