“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 87-ci kitabı çapdan çıxıb
XƏBƏR / 21.09.2019 00:33
"İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 87-ci kitabı çapdan
çıxıb
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir. Bu işğal nəticəsində bizim
vətəndaşlarımız məcburi köçkün həyatı yaşayırlar. Bütün beynəlxalq hüquq
normalarını pozan Ermənistan vəhşilik törədib. Erməni faşizminin yırtıcı sifəti
bu münaqişənin nəticələrində özünü büruzə verib. Ancaq Azərbaycan xalqı tam
əmindir ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, bunu etməliyik. Həm
beynəlxalq hüquq, həm də haqq-ədalət bizim tərəfimizdədir. Tarixi həqiqət bizim
tərəfimizdədir və güc bizim tərəfimizdədir. Bu gün dünya miqyasında güc amili
ön plana çıxır və güclü ölkələr öz istəyinə nail ola bilirlər. Azərbaycan da
güclü ölkədir. Güclü ordumuz, güclü iqtisadiyyatımız və düşünülmüş siyasətimiz
vardır.
carciTV xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir”
çoxcildliyinin yenicə çapdan çıxmış 87-ci kitabında yer alan bu fikirlər
2018-ci il mayın 24-də Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu
Park” yaşayış kompleksinin açılış mərasimində dövlətimizin başçısının
çıxışından götürülüb.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci
ilin may-iyun aylarını əhatə edir.
Kitabda Prezident
İlham Əliyevin Əskişəhərdə TANAP-Trans-Anadolu qaz kəmərinin istifadəyə
verilməsi münasibətilə təntənəli mərasimdə iştirakına, Rusiyaya işgüzar səfəri,
habelə Serbiya Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı apardığı danışıqlara,
imzalanan sənədlərə dair informasiyalar toplanıb.
Nəşrdə Azərbaycan
Prezidentinin Niderland, Fransa, Böyük Britaniya, ABŞ, İran və digər
dövlətlərin, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Mülki Müdafiə Təşkilatı və
digər nüfuzlu qurumların ölkəmizə gəlmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsi
haqqında materiallar da yer alıb.
Azərbaycan
Prezidentinin bütün görüş və danışıqlarında Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həlli yolları prioritet kimi qaldırılıb.
Çoxcildliyin 87-ci kitabına dövlətimizin
başçısının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi
münasibətilə təşkil olunmuş qəbulda, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi
münasibətilə keçirilən təntənəli hərbi paradda, Səngəçal terminalında Cənub Qaz
Dəhlizinin rəsmi açılış mərasimində və digər mühüm tədbirlərdə nitq və
çıxışlarının mətnləri toplanıb.
Oxucu bu nəşrdə Azərbaycan Prezidentinin
"Heydər Əliyev: şəxsiyyət, missiya, irs” tarixi sənədli sərginin, "Qafqazda
dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” beynəlxalq
konfransının iştirakçılarına məktubları və digər rəsmi sənədlər ilə tanış ola
bilər.
Prezident İlham Əliyevin Naxçıvan Muxtar
Respublikasına, Goranboy rayonuna, Naftalan şəhərinə səfərlərinə, bölgələrdə
iqtisadi, sosial, mədəniyyət obyektlərinin açılışlarında iştirakına,
ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar da bu kitaba daxil
edilib.
Kitabda "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi
adlar” göstəriciləri verilib.
Oxunub: 327
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim