Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının birinci toplantısı keçirilib
XƏBƏR / 21.09.2019 22:27
Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya
Şuralarının birinci toplantısı keçirilib
carciTV xəbər verir ki, Türkiyənin İstanbul şəhərində Xaricdə Yaşayan
Azərbaycanlıların Koordinasiya Şuralarının birinci toplantısı keçirilib.
Diasporla İş üzrə Dövlət
Komitəsindən bildiriblər ki, toplantının keçirilməsində məqsəd qarşılıqlı
fikir mübadiləsinin aparılması və Koordinasiya Şuralarında birləşən
soydaşlarımızın məlumatlandırılmasıdır.
Toplantıda əvvəlcə Azərbaycanın dövlət
himni səsləndirilib.
Tədbir iştirakçılarını salamlayan
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov müzakirə olunacaq
məsələlərlə bağlı məlumat verib.
Azərbaycanın İstanbuldakı Baş konsulu
Məsim Hacıyev Koordinasıya Şuralarını təmsil edən şəxsləri Türkiyədə görməkdən
məmnun olduğunu bildirib və onlara uğurlar arzulayıb.
Komitə sədrinin Azərbaycanın diaspor
siyasəti, bu istiqamətdə atılan konkret addımlar, xaricdə yaşayan
azərbaycanlıların şəbəkələşməsi, müasir onlayn platformalarda birləşərək daha
mütəşəkkil fəaliyyətə nail olmaları, eyni zamanda, bu sahənin prioritetlərini
özündə əks etdirən dərin təhlil xarakterli çıxışı maraqla qarşılanıb.
Toplantı Koordinasiya Şuralarının bu günə
kimi gördükləri işləri əks etdirən hesabatın təqdimatı ilə davam edib.
Vaxtaşırı məsuliyyətsiz bəyanatlarla çıxış
edən Ermənistan rəhbərliyinin hərəkətlərinə qarşı Azərbaycan diasporunun,
xüsusilə Avropada yaşayan azərbaycanlıların davamlı və sistemli fəaliyyətinin
təşkili ilə bağlı müzakirələr aparılıb, onlara adekvat cavabların verilməsinin
istiqamətləri müəyyən edilib və bununla bağlı yol xəritəsi hazırlanıb.
Diqqətə çatdırılıb ki, Ermənistanın
işğalçılıq siyasətinin, təcavüzkarın heç bir hüquq və mənəviyyat çərçivəsinə
sığmayan hərəkətlərinin Avropada daha geniş kütləyə çatdırılması, ölkəmizin
ərazi bütövlüyünün bərpası istiqamətində aparılan işlərin daha da dərinləşməsi
güclü intellektual potensiala malik olan diasporumuzun da ən mühüm fəaliyyət
istiqamətidir.
Bununla yanaşı, Xaricdə Yaşayan
Azərbaycanlıların Koordinasiya Şuralarının I toplantısının iştirakçıları Avropa
ölkələrində məskunlaşan bəzi azərbaycanlı mühacirlərin ölkəmizin ümumi
mənafeyinə zidd çıxış və hərəkətləri ilə bağlı fikirlərini bildirib, onları
ciddi şəkildə qınadıqlarını bəyan ediblər.
Daha sonra Azərbaycan Diasporuna Dəstək
Fondunun iş prinsipləri haqqında danışılıb və Xaricdə Yaşayan Azərbaycanlıların
Koordinasiya Şuralarının I toplantısının iştirakçıları Fonda müraciət
formaları, layihələrin yazılması və s barədə ətraflı məlumatlandırılıblar.
Toplantıda qarşılıqlı fikir mübadiləsi aparılıb və birgə fəaliyyətin perspektivlərini müəyyən edən yekun qərar qəbul olunub.
Oxunub: 313
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim