DOST mərkəzləri müasir Azərbaycanın siması kimi
XƏBƏR / 21.09.2019 23:03
DOST mərkəzləri müasir Azərbaycanın siması kimi
Azərbaycan
dövlətinin vətəndaşlarına qayğı və diqqətinin, himayə və yardımının getdikcə
yüksələn, yeni, müasir tələbatlara cavab verən, innovativ yenilikləri özündə
ehtiva edən nümunələri olduqca təqdirəlayiqdir. Son illər ərzində davamlı
şəkildə həyata keçirilən bu uğurlu layihələr sırasında yer alan DOST Agentliyi
qısa müddət ərzində özünün dəyər və əhəmiyyətini cəmiyyətə təqdim etməyə nail
olub.
Bu ilin
əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev "Dayanıqlı və Operativ Sosial
Təminat Agentliyi" (DOST) publik hüquqi şəxsin yaradılması ilə bağlı
Fərman imzalayaraq, məqsədi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və
təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin
yüksəldilməsi, şəffaflığın artırılması olan bir qurumun təməlini qoydu.
İnnovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi,
habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun
artırılması məramı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmış DOST Agentliyi öz fəaliyyətini
DOST mərkəzləri vasitəsilə idarə edir, onların fəaliyyətinə nəzarət və
qiymətləndirməni həyata keçirir.
DOST mərkəzlərinin fəaliyyətinin təşkili
Əhalinin
məşğulluğu, əmək, sosial müdafiə və təminat, habelə nazirliyin fəaliyyət
istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin
edən DOST mərkəzlərində xidmətlər "bir pəncərə", həmçinin
operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və
rahatlıq prinsipləri əsasında həyata keçirilir. Həmin xidmətlərin siyahısında
əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik,
pensiya, sosial sığorta və digər aidiyyəti sahələrdə 126 xidmət əhatə olunur.
Vətəndaşların bilavasitə telefon və ya internet vasitəsilə müraciətləri
əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin
edilir, bu məqsədlə mərkəzlərdə vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün
etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları
qarşılama, dinləmə, izahetmə bacarıqlarını və digər aidiyyəti bacarıqları
inkişaf etdirən müxtəlif təlimlər həyata keçirilir. Qeyd olunan istiqamətlərdə,
habelə İKT-nin və innovativ həllərin geniş tətbiqinə əsaslanan infrastrukturun
qurulub, elektron sistemlərin qarşılıqlı inteqrasiyası təmin olunub, "e-sosial”
internet portalının və sosial reyestrin formalaşdırılması işləri başa
çatdırılır. Mərkəzlərin iş mexanizmi elə qurulub ki, xidmətlərdən istifadə
prosedurları sadəliyi, çevikliyi, müraciət edən vətəndaş üçün rahatlığı, tam
şəffaflığı ilə ictimai məmnunluğa səbəb olsun. DOST-un əhatə etdiyi
kontingentin qayğıya ehtiyacı olan insanları ehtiva etdiyi nəzərə alınarsa,
onlarla nəzakətli və rahat davranmanın sosial-psixoloji tərəfi xüsusi önəm kəsb
edir, müştəri məmnunluğu amilini vətəndaş-cəmiyyət həmrəyliyi müstəvisinə
daşıyır.
"Vətəndaş -
dövlət qulluqçusu” münasibətlərinin
inkişafında
DOST mərkəzlərinin rolu
Agentliyin
yaradılması "vətəndaş - dövlət qulluqçusu" münasibətlərinin inkişafı
kontekstində daha bir uğur olaraq artıq müsbət rəylər almaqdadır. DOST
mərkəzinə müraciət edən hər bir vətəndaşın hansı sosial təminat növü (pensiya,
ünvanlı sosial yardım, sosial müavinət, işsizlikdən sığorta və s.) ilə təmin
olunmaq hüququnun olub-olmadığı elektron məlumat bazalarında onunla bağlı
məlumatların operativ araşdırılması nəticəsində dərhal müəyyən olunur. Belə bir
hüquq yarandığı halda vətəndaş elə mərkəzdəcə aidiyyəti sənədləri təqdim
etməklə təyinat aparılaraq, müvəkkil banka onun üçün ödəniş kartı sifariş
edilir. Yaxud işsiz və işaxtaran şəxs mərkəzdə onun üçün bütün mümkün məşğulluq
xidmətləri (əmək bacarığına və seçiminə uyğun vakant iş yerinə göndəriş əldə
etmək, özünüməşğulluq proqramına və ya peşə hazırlığına, ödənişli ictimai işə
cəlb edilmək və s.) təqdim edilir və seçiminə uyğun təminat həyata keçirilir.
Həmçinin reabilitasiya, sosial sığorta münasibətləri, sosial xidmətə cəlb
olunma və digər sahələr üzrə xidmətlər göstərilir. DOST mərkəzlərində müvafiq
sahələr üzrə sənədlər (arayış, vəsiqə və s.) çevik şəkildə hazırlanaraq fiziki
və hüquqi şəxslərə təqdim olunur.
DOST Agentliyi
Azərbaycan dövlətinin
ən uğurlu
layihələrindən biridir
Beləliklə, DOST
Agentliyi və mərkəzlərinin yaradılması istiqamətində görüləcək işlərin ilkin
yol xəritəsi hazırdır. Tarixi aspektdən yanaşsaq, məlum olduğu kimi, publik
hüquqi şəxslər doktrinası 200 il bundan əvvəl ilk dəfə Fransanın dövlət
quruculuğunda yaradılaraq istifadə edilib və sonradan Almaniyada tətbiq
edilməyə başlanıb. Azərbaycanda publik hüquqi şəxslər ümumdövlət və ictimai
əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur və onların fəaliyyət göstərməsi və
təşkili qaydaları "Publik hüquqi şəxslər haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.
Oxunub: 297
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim