Zaqatalada keçiriləcək Beynəlxalq fındıq, qoz, şabalıd festivalının proqramı olduqca maraqlı və rəngarəngdir
CANLI TV / 23.09.2019 23:46
Zaqatalada keçiriləcək Beynəlxalq fındıq, qoz, şabalıd festivalının
proqramı olduqca maraqlı və rəngarəngdir
Sentyabrın 28-dən
30-dək Zaqatala rayonunda keçiriləcək Beynəlxalq fındıq, qoz, şabalıd
festivalına yüksək hazırlıq işləri görülür.
carciTV xəbər
verir ki, Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd
Təsərrüfatı nazirliklərinin, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları
Assosiasiyasının, Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və
Təchizat” ASC-nin dəstəyi ilə reallaşacaq festivalda fındıq, qoz və şabalıddan
hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr,
yarışlar təşkil olunacaq.
Festivala hazırlıq
üzrə təşkilat komitəsinin üzvü, rayon icra hakimiyyəti başçısının müavini Vəfa
Süleymanova bildirib ki, festivalda ölkəmizdə fəaliyyət göstərən 20-dək xarici
ölkə səfirliyinin nümayəndələri, nazirlik və dövlət qurumlarının rəsmiləri,
Milli Məclisin deputatları, ətraf rayonlardan dəvət olunmuş qonaqlar, fındıq
istehsalçıları və ixracatçıları, rayon sakinləri iştirak edəcəklər. Festivalın əsas məqsədi
ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını
daha geniş nümayiş etdirməkdir.
Festivalın birinci günü, sentyabrın 28-də
dəvət olunan qonaqlar Ulu Öndərin abidəsi önünə gül dəstələri düzəcək, Heydər
Əliyev Mərkəzi ilə tanış olacaqlar. Sonra Zaqatala Bölgə Təcrübə Stansiyasının
"Pərzivan” ərazisindəki fındıq bağına və "Karaca fındıq” MMC-nin fındıq emalı
zavoduna baxış keçiriləcək.
Rəsmi açılış mərasimi Zaqatala şəhərindəki
"Dədə Qorqud” meydanında baş tutacaq. Təbrik və çıxışlardan sonra festival
iştirakçıları meydanda yaradılan "kənd evi”ndə fındıq və qoz qabığı ilə sobanın
yandırılması, fındığın və şabalıdın qovrulması, şabalıdın saxlanma qaydası, təndirdə
fındıq çubuqlarının yandırılması, at arabasının hazırlanması, müxtəlif milli
xörəklərin bişirilməsi prosesini izləyəcəklər. Meydanda təşkil olunan
yarmarkada fındıq, qoz və şabalıdın müxtəlif növləri nümayiş etdiriləcək.
Festival iştirakçıları, həmçinin fındıq emalı və ixracı ilə məşğul olan
müəssisələrin istehsal etdiyi məhsullarla tanış olacaq, rəsm və əl işləri
sərgisinə, tətbiqi sənət nümunələrinə baxacaqlar. Festivalda fındıq, qoz və
şabalıdla bağlı müsabiqələr də keçiriləcək, qaliblər mükafatlandırılacaq.
Festivalın birinci günü Heydər Parkında təşkil olunacaq konsert proqramı ilə
başa çatacaq. Festivalın ikinci günü, sentyabrın 29-da Heydər Əliyev Mərkəzində
fındıq və digər qərzəkli bitkilərin istehsalı, bu sahənin inkişafının
perspektivlərinə həsr olunan simpozium keçiriləcək.
Oxunub: 455
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim