Prezident İlham Əliyev: Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir
XƏBƏR / 24.09.2019 22:43
Prezident İlham Əliyev: Bu gün dünyada savad, bilik,
texnologiyalar hər şeyi həll edir
Azərbaycanda ümumi savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bu, çox gözəl
göstəricidir. Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir.
Baxın inkişaf etmiş ölkələrin vəziyyətinə. Onların arasında ancaq yüksək
texnologiyalara malik olan ölkələr vardır. Təbii ehtiyatlar, neft-qaz
resursları - bunlar sadəcə olaraq bir vasitədir. Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar,
innovasiyalar, yeniliklərdir. Ona görə Azərbaycanda gənclər çox bilikli,
savadlı olmalıdırlar. Azərbaycanda müasir texnologiyalara çox böyük dəstək
verilir, bu, dövlət siyasətidir.
carciTV xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir”
çoxcildliyinin yenicə çapdan çıxmış 89-cu kitabında yer alan bu fikirləri
dövlətimizin başçısı Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivində
28 saylı tam orta məktəbin açılış mərasimində çıxışı zamanı söyləyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin
növbəti kitabındakı materiallar 2018-ci ilin avqust ayından oktyabradək olan
dövrü əhatə edir.
Çoxcildliyin 89-cu kitabında Prezident İlham Əliyevin
Rusiya Federasiyasına, Xorvatiya, Tacikistan və Qırğız respublikalarına
səfərləri, həmçinin Rusiya, Türkiyə və Monqolustan prezidentlərinin Azərbaycana
səfərləri zamanı apardığı danışıqlara, imzalanan sənədlərə dair informasiyalar,
mətbuata bəyanatların mətnləri toplanıb.
Nəşrdə Azərbaycan Prezidentinin Yaponiya, İsrail,
Avstriya, Bolqarıstan, ABŞ və digər dövlətlərin, ATƏT-in, NATO-nun
yüksəkvəzifəli nümayəndələrini qəbul etməsinə dair materiallar yer alıb.
Prezident İlham Əliyev bütün görüş və danışıqlarda
diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri
çərçivəsində həllinə dəstək verməyə çağırıb.
Oxucu kitabda dövlətimizin başçısının Bakı şəhərinin erməni işğalçılarından
azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradda və Azərbaycan
parlamentinin yaradılmasının 100 illiyi münasibətilə Milli Məclisdə keçirilmiş
təntənəli iclasda çıxışlarının mətnləri ilə tanış ola bilər.
Azərbaycan Prezidentinin Masallı, Biləsuvar, Xızı, Lənkəran, Astara
rayonlarına, Quba şəhərinə səfərlərinə dair materiallar, Nazirlər Kabinetinin
2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda
duran vəzifələrə həsr olunmuş iclasında, digər mühüm tədbirlərdə nitqlərinin
mətnləri də bu nəşrə daxil edilib.
Kitabda "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib.
"Azərnəşr” tərəfindən buraxılan 89-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Oxunub: 345
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim