Bakıda Almaniya və Azərbaycan iş adamlarının görüşləri təşkil olunub
XƏBƏR / 24.09.2019 23:25
Bakıda Almaniya və Azərbaycan iş adamlarının görüşləri
təşkil olunub
carciTV xəbər verir ki, sentyabrın 24-də
Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) "COMMIT Project
Partners GmbH” təşkilatı ilə sıx əməkdaşlığı çərçivəsində alman şirkətlərindən
ibarət nümayəndə heyəti ilə B2B formatında görüşlər keçirilib.
"AHK Azərbaycan”dan bildirilib ki,
ölkələrimiz arasındakı iqtisadi əlaqələrin dinamik inkişafı istiqamətində
növbəti addım olaraq, Almaniya Federativ Respublikası İqtisadiyyat və
Energetika Nazirliyinin dəstəyi ilə alman iş adamlarından ibarət nümayəndə
heyəti Azərbaycana səfər edib. Dördgünlük biznes səfərinin ilk günü bank
sektoru, sənaye təchizatı və xidmətləri, texniki və elektrik sınaq
avadanlıqları, təhlükəsizlik və nəzarət sistemləri və digər sahələrdə fəaliyyət
göstərən Almaniya və Azərbaycan iş adamları arasında B2B görüşləri baş tutub.
Alman nümayəndə heyətinin gündəliyində qarşıdakı üç gün ərzində Azərbaycan
hökumətinin və dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, eləcə də
yerli özəl şirkətlərin rəhbərləri ilə üzbəüz görüşlər nəzərdə tutulub.
Bundan əlavə, sentyabrın 27-də Sənaye və infrastrukturun modernləşdirilməsi üzrə ənənəvi Alman-Azərbaycan biznes forumunda alman şirkətlərinin iştirakı gözlənilir. Nümayəndə heyətinin səfəri sentyabrın 28-də başa çatacaq.
Oxunub: 254
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
11:51 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim