EY QƏLƏM AÇMA AĞIZ HAL ƏHLİNİ BİLMƏYƏNƏ, DƏRYADAN DAMLALARI HALAL İŞƏ QIYMAYANA!
NƏŞR / 15.07.2020 21:27
EY QƏLƏM AÇMA AĞIZ HAL ƏHLİNİ BİLMƏYƏNƏ, DƏRYADAN DAMLALARI HALAL İŞƏ QIYMAYANA! Yaşadığımız bu dünya Allah tərəfindən bizim üçün yaradılmış əbədi olmayan, müvəqqəti bir məkandır. Bəşər yaranan ilk gündən xeyirlə-şərin müzakirəsi də yaranmağa başladı. İnsanlar iki xilqətli dünyaya gəldilər. Kimisi özü üçün Allahı ibadətgah yeri seçib, Onun ardınca getdi, kimisi isə şeytanı özünə "dost” seçib onun quluna çevrildilər. Allah bizə özümüzü idarə etmək üçün, ağıllını ağılsızdan, yaxşını pisdən seçmək üçün şüur verib. Bəs, biz bu şüurdan necə faydalanırıq?! Dünya malı ilə kor olmuş gözlərimiz, paslanmış beynimiz, daşlaşmış qəlbimiz pisi yaxşıdan, namərdi mərddən seçə bilirmi?! Zalımın zülmünə göz yumub haqqlını haqsızdan ayıra bilirikmi?! Görəsən kimsə nə vaxtsa "papağını qabağına qoyub” fikirləşibmi ki, mən kiməm, mən dünyaya nə üçün gəlmişəm, yaxşılıqlar edib yaxşı ad qazanmaq üçünmü, yoxsa zülmlər edib "zalim” adı qazanmaq üçünmü?! Bəzilərimizin cavabında deyim: Yox, fikirləşməmisiniz. Çünki dünya malı gözlərinizi kor etmişdi. Bir balaca əliniz pul görən kimi hamı, hər kəs, hətta Uca Allah da yaddan çıxır. Həmin andan yalan, ikiüzlülük, yaltaqlıq, qəddarlıq, riyakarlıq, rüşvətxorluq həyatımızın, yaddaşımızın baş amalına çevrilir. Allah unudulur, haqq yaddan çıxır. Lakin bəzi "çirkin” insanlar öz çirkinliklərinin üstündən pərdə çəkmək üçün, pak-təmiz İslam dinindən istifadə edərək Allah dərgahında daha da çirkinləşir və daha da acizləşir. "Qurani-Kərim”də buyrulur: "Səni yoxsul ikən tapıb dövlətli etmədimmi?! Elə isə yetimə zülm etmə! Dilənçini də qapıdan qovma. Və həmişə Rəbbinin sənə olan nemətindən söhbət aç!” Hər insanda bir ürək və vicdan deyilən bir məfhum var. Gəlin ürəyimizin dediyi ilə yox, ağlımızın dediyi ilə hərəkət edək. El arasında belə bir ifadə var: "Süleymana (ə) qalmayan dünya heç kəsə qalmaz”. İnsan bu dünyadan heç nə aparmayacaq. Gəlin, bu sözləri özümüz üçün bir amal seçək və yaxşılıqlar dalınca gedək! "Qurani-Kərim”də deyilir: "O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün, (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar!” Cənnətliklər sağ tərəfdə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar. Kimi dünyada zərrə qədər yaxşı iş görmüşdüsə, onun xeyrini görəcəkdir (mükafatını alacaqdır). Kimi də zərrə qədər pis iş görmüşdüsə, onun zərərin görəcəkdir cəzasını çəkəcəkdir. Gəlin insan olduğumuzu unutmayaq! Namusumuzu, qeyrətimizi, insanlığımızı pula satmayaq! Bu kiçik ömrümüzü şərəflə başa vuraq ki, gələcək nəsil bizi "ölü” adlandırmasın. Necə ki, İsgəndər demişdi: "İndi növbə mənimdir, QULAQ asın, bu sizin tarix kitabınıza yazılmış bir səhifədir ki, sonrakı nəsillər bunu oxuduqda sizi xatırlayıb deyəcəklər ki, tfu sizin üzünüzə”. Bütün bunları deməkdə məqsədim sizi pisləyib özümü tərifləmək deyil. Mən heçəm. Mən küçələrin, torpağın, ağacların qurdu, çöllərin otuyam. Mənim adım kefli İsgəndərdir, bəs sizin? Əgər göyləri, ulduzları, dağları, daşları şahid çəkib soruşsam, hamısı bir ağızdan "ölülər” deyəcək, sonrakı nəsillər sizi "ölü” adlandıracaq. Sən çalış yaxşılıq et, Tanrı sizi mükafatlandıracaq!
Rahib KƏRİMBƏYLİ
Oxunub: 3116
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim