Nazir səlahiyyətləri həvalə olunan Anar Kərimov kimdir? - Dosye
RƏSMİ / 21.07.2020 00:56
Nazir səlahiyyətləri həvalə olunan Anar Kərimov kimdir? - Dosye Prezident İlham Əliyev Anar Kərimovun mədəniyyət nazirinin birinci müavini təyin edilməsi barədə sərəncam imzalayıb.
carciTV xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini Anar Kərimova həvalə olunub.
Prezident İlham Əliyev A.Kərimovun Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında da sərəncam imzalayıb. Qeyd edək ki, Azərbaycan Prezidentinin 29 sentyabr 2004-cü il sərəncamına uyğun olaraq, Azərbaycanın BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatı – YUNESKO yanında Daimi Nümayəndəliyi təsis edilib və Azərbaycanın Fransadakı səfiri Eleonora Hüseynova Daimi Nümayəndə təyin olunub (2004-2014). 23 may 2014-ci il tarixindən bu günədək Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimov idi. Prezident İlham Əliyevin 2019-cu il iyulun 9-da – Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasının 100-cü ildönümü münasibətilə imzaladığı sərəncamla bir sıra diplomatik xidmət orqanı əməkdaşlarına, o cümlədən Anar Kərimova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Anar Kərimov 2019-cu ilin 30 iyun-10 iyul tarixlərində Bakıda keçirilən YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının iclasının təşkili və keçirilməsində özünü yaxşı tərəfdən göstərib. Məhz Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin və Mədəniyyət Nazirliyinin apardığı birgə iş nəticəsində Azərbaycanın Şəki Xan Sarayı nominsiyası YUNESKO-nun Dünya İrs Komitəsinin Dünya İrsi Siyahısına daxil edilib. Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyi təbii olaraq YUNESKO-nun mənzil-qərargahının yerləşdiyi Fransanın paytaxtı Parisdə yerləşir. Anar Kərimov rus, ingilis və fransız dillərini bilir.
Oxunub: 532
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim