ABŞ səfiri Azərbaycan XİN-ə çağırıldı
CANLI TV / 23.07.2020 01:15
ABŞ səfiri Azərbaycan XİN-ə çağırıldı İyulun 21-də Los Ancelesdə yaşayan radikal erməni daşnakları Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binası qarşısında aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər.
carciTV xəbər verir ki, Erməni radikal qüvvələrinin aksiyasına cavab olaraq Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri sayca onlardan dəfələrlə çox olan erməni təxribatçılarının qarşısına çıxıb və Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasətini ifşa edən şüarlar səsləndiriblər.
Radikal erməni daşnakları dinc azərbaycanlı nümayişçilərə qarşı zorakılıq və aqressiya nümayiş etdirib, hətta təhlükəsizliyi təmin etməyə cavabdeh olan Los Anceles polisi belə onların bu vandalizminin qarşısını almağa müvəffəq olmayıb. Azərbaycanlı nümayişçilərə hücum edən erməni radikal nümayəndələri biri qadın olmaqla 7 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Təəssüflə qeyd etmək istərdik ki, hazırda dünyanın müxtəlif bölgələrində, o cümlədən ABŞ və Avropanın bir sıra ölkələrində dinc azərbaycanlı nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən zorakılıq və vandalizmin tətbiq edilməsi cəhdlərini müşahidə edirik. Fundamental dəyərlərə, o cümlədən azad şəkildə fikrini ifadə etmək hüququna zidd olan və ümumiyyətlə, sivil davranışa sığmayan bu kimi təxribatçı hərəkətlər Ermənistan Respublikasının və bu ölkə rəhbərliyinin yürütdüyü təcavüzkar siyasətin radikal erməni qüvvələri tərəfindən həyata keçirilməsinin bariz nümunəsidir. ABŞ-ın Los Anceles şəhərində, eləcə də Avropa ölkələrində, o cümlədən bu ilin 22 iyul tarixində Brüssel şəhərində azərbaycanlı nümayişçilərə qarşı erməni radikal ünsürləri tərəfindən zorakılıq və vəhşiliyin nümayiş etdirilməsinə görə erməni cinayətkarları hüquqi məsuliyyətə cəlb olunmalı, həmçinin bu ölkələrdəki azərbaycanlı icmaların təhlükəsizliyinin təmin olunmasında aidiyyəti ölkələrin hüquq mühafizə orqanları məsuliyyət daşımalıdırlar. Qeyd etmək istərdik ki, Los Anceles şəhərində erməni radikallarının törətdiyi barbarlıq əməlləri ilə əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri XİN-ə çağırılıb.
Oxunub: 218
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim