"Açıqlama verməsə, deməli, bu, Rusiyanın Azərbaycana əks həmləsidir" - Politoloq və deputatdan AÇIQLAMA
XƏBƏR / 25.07.2020 11:48
"Açıqlama verməsə, deməli, bu, Rusiyanın Azərbaycana əks həmləsidir" - Politoloq və deputatdan AÇIQLAMA
İyulun 23-də Ermənistan-Rusiya Birgə Hava Hücumundan Müdafiə sisteminin plan üzrə təlimləri başlanıb. Ermənistan Müdafiə Nazirliyindən bildirildiyinə görə, təlimlərdə məqsəd kəşfiyyat və zərbə təyinatlı Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı döyüş metodlarının öyrənilməsidir. Təlimlərdə Ermənistan- Rusiya zenit-raket komplekslərinin, qırıcı aviasiyalarının və artilleriya sistemlərinin komandirləri iştirak edirlər. Bakıda bəzi ekspertlər bu məsələdən bəhs edərkən diqqəti daha çox belə məqama çəkirlər ki, bu təlim-məşqlər Azərbaycan və Ermənistan sərhədi boyunca ağır silahlardan, habelə dronlardan istifadə ilə toqquşmalardan dərhal sonra keçirilir. Rusiya tərəfi bu məsələyə aydınlıq gətirməyəcəksə…
carciTV xəbər verir ki, politoloq Elxan Şahinoğlu "Azadlıq” radiosuna deyib ki, bu məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi açıqlama verməlidir.
O, habelə düşünür ki, Ermənistan Müdafiə Nazirliyi bu təxribat xarakterli açıqlamanı Azərbaycanla Rusiyanı yenə qarşı-qarşıya qoymaq üçün də yaya bilər: "Amma Rusiya tərəfi bu məsələyə aydınlıq gətirməyəcəksə, bunu artıq Rusiyanın Azərbaycana əks həmləsi kimi dəyərləndirmək olar”. Politoloq daha sonra da deyib: "Əgər Rusiya hərbçiləri, Rusiya müdafiə naziri Azərbaycan PUA-larına qarşı mübarizə tədbirlərini Ermənistan tərəfə izah edirsə, bu, birbaşa Rusiyanın Azərbaycana qarşı ən azı xoş olmayan siyasətidir. Ona görə açıqlama gözləyirik ki, bu məsələyə aydınlıq gətirsin”. E.Şahinoğlunun vurğulamasına görə, ilk dəfədir eşidir ki, Rusiya Ermənistan hərbçiləri ilə birgə PUA-ların neytrallaşdırılması ilə bağlı təlimlər keçir: "Bunun başqa adı yoxdur, əgər bu fakt doğrudursa, bu, Rusiya Müdafiə Nazirliyinin Azərbaycana əks həmləsidir. Görünür, Rusiyanı da narahat edən Azərbaycanın hərbi-texniki üstünlüyüdür. Bu üstünlüyü aradan qaldırmaq üçün erməni dostlarına kömək etmək qərarı verib”.
"Təlimi də Rusiya keçirir, qərarı da Rusiya verir
carciTV xəbər verir ki, deputat Vahid Əhmədov "Turan” agentliyinə deyib ki, təlimi keçirən də, təlim adı ilə təxribatı törədən də Rusiyadır:
"Çünki məlumdur ki, Ermənistan faktiki Rusiyadan idarə edilən oyuncaq dövlətdir, Odur ki, təlimi də Rusiya keçirir, qərarı da Rusiya verir”. V.Əhmədov hesab edir ki, Ermənistanın iyulun 12-14-də Tovuz rayonu ərazisində törətdiyi təxribat da, bu təlim kimi, Rusiyanın təhriki ilə Azərbaycana təzyiq idi. Onun fikrincə, amma artıq dünya dövlətləri də başa düşür ki, Rusiya MDB dövlətlərinə təzyiq edir. V.Əhmədovun dediyinə görə, bu hadisələrdə Türkiyənin Azərbaycanı ən yüksək səviyyədə müdafiə etməsi göstərdi ki, Azərbaycan təklənmiş dövlət deyil, onu müdafiə edən dövlətlər var: "Odur ki, belə təlimlər artıq Azərbaycan üçün təhlükə deyil”. Deputat deyib ki, dövlət başçısı İlham Əliyev Qarabağı azad etməkdə israrlıdır. Xatırladaq ki, 2015-ciil dekabrın 23-də Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında "Qafqaz regionunda hava hücumundan müdafiə üçün Birləşmiş regional kollektiv təhlükəsizlik sisteminin yaradılması haqqında” Saziş imzalanıb. Müqavilənin 2-ci maddəsinəəsasən, tərəflər hava hücumundan müdafiə imkanlarını təkmilləşdirmək məqsədilə Qafqaz regionunda Kollektiv Təhlükəsizlik Hava Hücumundan Müdafiə (HHM ) sistemi yaradırlar.
Oxunub: 233
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim