Yaxın günlərdə bu məmurlar sərt cəzalandıralacaq – Həbslər gözlənilir
CANLI TV / 25.07.2020 23:21
Yaxın günlərdə bu məmurlar sərt cəzalandıralacaq – Həbslər gözlənilir "Meliorasiya və Su Təsərrüfatı” ASC və "Azərsu” ASC-nin dövlət Proqramlarının icrası zamanı büdcədən aldıqları vəsaitlər ciddi təftiş olunacaq, qurumların fəaliyyəti yoxlanılacaq və sərt cəzalandırmalar olacaq.
carciTV xəbər verir ki, son dövrlər bu qrumlar tərəfindən hökumətə Dövlət İnvestisiya Proqramından müxtəlif məqsədlər üçün vəsaitlərin ayrılması ilə bağlı təqdim olunan infrastruktur və digər layihələrin heç bir əsaslandırılması olmayıb.
Mənbənin bildirdiyinə görə, əsas məqsədin dövlət vəsaitinin mınimsənilməsi olan bu addımlar aidiyyatı üzrə araşdırılacaq və sərt cəza tədbirləri həyata keçiriləcək. Buna əsas səbəblərdən biri idə iri həcimli investisiya layihələrinin səmərəsiz olması və böyük ehtimalnan dövlət vəsaitinin mənimsənilməsi və aidiyyatı üzrə istifadə olunmamasıdır.
Heç bir texniki iqtisadi əsaslandırılması olmadan "Meliorasiya və Su Təsərrüfatı” ASC və "Azərsu” ASC-dən büdcədən maliyyə ayrılması ilə bağlı daxil olan müraciətlər mütəşəkkil şəkildə araşdırılacaq. Eyni zamanda bu iki qrum tərəfindən heç bir dəyərləndirmə və əsaslandırması olmadan maliyyə ayrılmaları ilə bağlı müraciətlərini müsbət qarşılayan qurumların da fəaliyyəti ciddi yoxlanılacaq. Bu günə qədər "Meliorasiya və Su Təsərrüfatı” ASC və "Azərsu” ASC-nin dövlət vəsaiti hesabına keçirdiyi layihələr bir çox hallarda səmərəsiz olub və bu məsələ artıq ölkə başçısının diqqətindədir. Qeyd edək ki, Azərbaycan Cənubi Qafqazda yeraltı içməli su ehtiyatına görə Gürcüstan və Ermənistandan geri qalır. Mənbədən əhaliyə verilən içməli suların böyük bir hissəsi itkiyə gedir. Bu sahədə ölkənin su balansı strategiyası yoxdur. Xatırladaq ki, Bakı, Gəncə və bir sıra iri şəhərlərin içməli su və kanalizasiya sistemi keçmiş SSRİ dönəmində çəkilmiş sistemdir. Sonradan müxtəlif yerlərdə aparılan bəzi infrastruktur işlər isə insanların içməli suya olan ehtiyacını nəinki ödəməyib, hətta bəzi iri yaşayış məntəqələrində əhalinin susuz qoyub. Belə ki, Gəncə və Sumqayıtda gün ərzində əhaliyə 2 saat səhər, 3 saat axşam olmaqla 5 saat içməli su verlir. Bir sıra yaşayış məntəqələrində isə çirkab suların xətlərinə, kanalizasiya xidmətinə görə ödəniş alınsa da bu istiqamətdə heç bir xidmət göstərilmir.
Oxunub: 391
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim