Türkiyə hərbçiləri Bakıya niyə göndərilib? — Ermənistanı qorxuya salan plan
XƏBƏR / 29.07.2020 22:55
Türkiyə hərbçiləri Bakıya niyə göndərilib? — Ermənistanı qorxuya salan planın pərdəarxası Bu gün Türkiyə və Azərbaycan ordusunun birgə genişmiqyaslı hərbi təlimlərinə start verilib.
carciTV xəbər verir ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, eləcə də hərbi aviasiya və hava hücumundan müdafiə sistemləri cəlb olunub.
Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək. Bu təlimlər Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun keçirilir. Lakin təlimlərin son dövrlər bölgədə baş verənlər, xüsusilə Tovuz döyüşlərindən sonraya təsadüf etməsi diqqət çəkir. Ən maraqlı məqam hərbi təlimlərin keçirildiyi tarixdir: 29 iyul – 10 avaqust. 100 il öncə - 1920-ci ilin 10 avqustunda Osmanlı imperiyasının torpaqlarının bölüşdürüldüyü Sevr müqaviləsi imzalandı. Müqavilənin 88-93 maddələrində Osmanlının Ermənistan respublikasını tanıması, Türkiyə torpaqları olan Trabzon, Ərzurum, Van və Bitlis əyalətlərinin Ermənistana verilməsi yer alırdı. I Dünya müharibəsindən sonra dünyanın yenidən qurulması üçün məşhur "14 bənd” tezisinin müəllifi olan ABŞ prezidenti Vudro Vilson "yeni dünya xəritəsində” Azərbaycana yer ayırmamışdı. Əvəzində, kağız üzərində də olsa "böyük Ermənistan” yaradılmışdı. Atatürkün Qurtuluş savaşı bu planları pozdu, 1923-cü ildə imzalanan Lozanna müqaviləsi Sevri sıradan çıxardı. Lakin 100 ildir ermənilər Sevrin nostaljisi ilə yaşayır, "böyük Ermənistan” xəyallarının gerçəkləşməsi üçün hər şeyə əl atırlar. Hətta son bir ildə Ermənistan mediası beynəlxalq güclərə xatırlatmaq üçün Sevr müqaviləsini geniş şəkildə təbliğ edir. Azərbaycan-Türkiyə hərbi təlimlərinin avqustun 10-da – Sevrin 100 illiyində bitdiyinə tarix kontekstindən baxsaq, bunu ermənilərə və onların arxasındakı güclərə (həm bölgədə, həm də Qərb yarımkürəsində) "Bakı və Ankara ittifaqı regionda əsas gücdür və bu güc ermənilərin ərazi iddialarının gerçəkləşməsinə imkan verməyəcək” mesajı kimi qiymətləndirmək olar. Mövzu ilə bağlı ekspert Əvəz Həsnovun şərhini təqdim edirik:
Oxunub: 211
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim