Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib VİDEO
CANLI TV / 30.07.2020 21:22
Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib.
carciTV xəbər verir ki, dövlətimizin başçısı iyulun 30-da yeni təcili tibbi yardım avtomobilləri ilə tanış olub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınan bu təcili tibbi yardım avtomobilləri koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən səhiyyə sisteminin bu cür ixtisaslaşdırılmış avtomobillərlə təminatının yüksəldilməsi istiqamətində atılan növbəti addımdır. Dövlətimizin başçısına məlumat verilib ki, "Mercedes Sprinter 416” markalı avtomobilin bazasında Türkiyədə yığılan 24 reanimobil, 42 sadə təcili tibbi yardım avtomobili və Türkiyə istehsalı olan "Ford Transit” markalı 10 sadə və 24 reanimobil "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə imzalanmış müqavilə əsasında satın alınıb. Artıq ölkəmizə 38 təcili tibbi yardım avtomobili idxal olunub. Onlardan 10-u Bakıya gətirilib, 28 avtomobil sərhədi keçib və paytaxta gətirilməsi nəzərdə tutulur. Qalan 62 avtomobil isə avqust ayının sonuna qədər ölkəyə çatdırılacaq. Agentlik 2020-ci ildə Türkiyədə istehsal olunan "Fiat Doblo Maxi XL” markalı 84 ədəd təcili tibbi yardım avtomobili alıb. Bu avtomobillərin hamısının rayonlara verilməsi nəzərdə tutulur. Onların 70-i sadə komplektasiyalı, 10-u xüsusi defibrilyatorla təchiz olunan, 4-ü isə Ambulans Perinatal təyinatlıdır. Ambulans Perinatal təyinatlı avtomobillərdə yenidoğulmuşlara ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün bütün lazımi tibbi avadanlıq, küvez aparatları quraşdırılıb. Bu cür maşınların gətirilməsi ölkə səhiyyəsində yenilikdir. Avtomobillər ölçü baxımından kiçik olmaları ilə də fərqlənir ki, bu da onlara tıxac və ya dar yerlərdə sərbəst manevr etməyə imkan verir. "Ford Transit” bazasında təcili tibbi yardım avtomobilləri də müasirliyi ilə seçilir. Azərbaycanda COVID-19-la mübarizə sahəsində çox mühüm tədbirlər görülür. Prezident İlham Əliyevin şəxsi tapşırığı ilə qabaqcıl şirkətlərin istehsalı olan ən müasir tibb avadanlığı ilə təchiz edilən bu cür maşınların ölkəmizə gətirilməsi hazırkı dövrdə, pandemiya ilə mübarizə aparılan bir şəraitdə çox mühüm rol oynayır. Bu, Azərbaycan dövlətinin vətəndaşlarının sağlamlığına nə dərəcədə həssas yanaşdığının göstəricisidir. Bu maşınların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Agentlik tərəfindən 24 ədəd "Ford Transit” reanimobili də sifariş olunub. Bu avtomobillər respublikanın rayonlarına paylanacaq.
Oxunub: 244
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim