SSRİ-nin bərpası planı işə düşdü – Minskdə baş verənlərin pərdəarxası – ŞOK AÇIQLAMA
REPORTAJ / 30.07.2020 23:57
SSRİ-nin bərpası planı işə düşdü – Minskdə baş verənlərin pərdəarxası – ŞOK AÇIQLAMA Minskdə baş verənlər çox qorxulu oyundur. Ehtimal edirəm ki, məqsəd Belarusu tam nəzarətə götürməkdir. Gördüyünüz kimi Belarusda əsas namizədlər Rusiya tərəfdarıdır, Rusiyanın müəyyən şirkətlərinin nümayəndələridir.
Belarusda fəaliyyət göstərən bu şirkətlər əsas müxalifəti təşkil edir. Təhlükəli məqam odur ki, bu gün Belarus xüsusi xidmət orqanlarının həbs etdiyi hərbçilər eyni zamanda Donbasda, Luqanskdə döyüşlərdə iştirak edib. Onların Minskə müəmmalı səfəri böyük ehtimalla Belarusda sabitliyi pozmağa yönəlib.
carciTV xəbər verir ki, bu fikirləri Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Belarus kəşfiyyat orqanlarının paytaxt Minskdə onlarla Rusiya muzdlu döyüşçülərinin həbs edilməsi haqda danışarkən deyib.
Millət vəkili xatırladıb ki, artıq Belarus rəsmi mövqeyini açıqlayıb: "Prezident Aleksandr Lukaşenko da bəyan edib ki, bu şəxslərin məqsədi ölkədə sabitliyi pozmaq olub. Təhlükəli prosesdir. Məncə, bunun arxasında həm də zor gücünə Sovet İttifaqını bərpa etmək planları durur. Məqsəd həm də Belarusu tam nəzarətə almaqdır. Bəllidir ki, digər sovet ölkələrinin əksəriyyətinin ərazi bütövlüyü, münaqişə kimi problemləri var. Azərbaycanın Dağlıq Qarabağ, Gürcüstanın Osetiya və Abxaziya, Ukraynanın Krım, Donbas, Moldovanın Dnestryani bölgə kimi böyük çətinlikləri var. Məncə, bu cür yolla, hansısa təxribatların təşkili ilə mərkəz yenidən nəzarəti öz əlinə keçirməyi planlaşdırır”. Bununla belə müsahibimiz hesab edir ki, rus muzdlu döyüşçülərin Minskdən istifadə etməklə Afrika və ya digər regionlara getməsi versiyası və Belarusun bundan yararlanaraq siyasi şou təşkil etməsi kimi fərziyyələr ağlabatan görünmür. Siyasi şərhçi xatırladır ki, onsuzda rus muzdlu döyüşçüləri Suriyada, Misirdə, Liviyada və digər ölkələrdə var: "Həm də bu ölkələrə Moskvadan uçmaq daha asandır, nəinki Minskdən”.
Oxunub: 718
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim