İrəvanı qorxuya salan pərdəarxası məqam
CANLI TV / 31.07.2020 17:02
İrəvanı qorxuya salan pərdəarxası məqam "Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə hər iki ölkənin quru qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən hərbi təlimlər Ermənistanda ciddi narahatlıq doğurub.
Ermənistan rəsmiləri, ekspertləri bu təlimlərlə bağlı böyük ajiotaj yaratmağa çalışırlar. Maraqlıdır ki, Azərbaycan və Türkiyə bundan öncə də birgə təlimlər keçirib, lakin İrəvan ilk dəfədir bu qədər qorxuya düşür. Məsələ ilə bağlı açıqlama verən politoloq Eldar Namazov bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistana ultimatum, Azərbaycana dəstək bəyanatı rəsmi İrəvanı qorxuya salıb: "Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatına bir çox dünya ölkələri reaksiya verdi. Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çox vacib və əhəmiyyətli bir çıxış etdi. Həmin çıxışda o, açıq şəkildə dedi, necə ki 100 il öncə babalarımız Qafqaza gələrək azərbaycanlı qardaşları ilə birlikdə çiyin-çiyinə döyüşdü, biz də bu gün heç tərəddüd etmərik. Bu çıxış təkcə ermənilərə deyil, onlara havadarlıq edən qüvvələrə də yönəlmiş bir ultimatum idi. Bu gün başda Ermənistan olmaqla, bütün dünya ölkələri bilir ki, Ərdoğan bir şeyi dedisə, mütləq edir”. Politoloqun sözlərinə görə, Ermənistanı narahat edən başqa məqamlar da var: "Məlum Tovuz hadisələri Ermənistana unudulmaz bir dərs verdi. Rəsmi İrəvan Tovuza səbəbsiz hücum etməmişdi. Düşmən yaxşı bilirdi ki, Azərbaycanın meqa-layihələri məhz burdan keçir. Ermənistan bu yolla Azərbaycana zərbə vurmağa çalışırdı. Lakin unutduqları çox vacib bir nüans var idi: Azərbaycanın regionda həyata keçirdiyi meqa-layihələr bir çox güclərin də maraqlarına uyğundur. Məhz buna görə ermənilərin Tovuz təxribatını başda Qərb olmaqla, heç kəs müdafiə etmədi. Bu mənada deyə bilərik ki, bəli, bundan öncə də regionda Türkiyə və Azərbaycan ordularının hərbi təlimləri keçirilirdi, lakin indi Ermənistanı qorxuya salan əsas səbəb Qərb havadarlarının maraqlarının Azərbaycanın maraqları ilə üst-üstə düşməsidir”.
Oxunub: 290
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim