Oktyabrın 18-dən sonra toyların keçirilməsinə icazə verilir? - AÇIQLAMA
CANLI TV / 07.08.2020 16:52
Oktyabrın 18-dən sonra toyların keçirilməsinə icazə verilir? - AÇIQLAMA Xəbər verdiyimiz kimi koronavirus pandemiyasına görə Azərbaycanda toy, yas, ad günü və digər mərasimlərin keçirilməsinə qadağa qoyulub. Son həftələr ölkə ərazisində yoluxanların sayı xeyli aşağı düşüb. Belə ki, avqustun 6-da 144 nəfər virusa yoluxub, 425-i isə sağalaraq evə buraxılıb. Bir çox insanlar koronavirusa yoluxanların sayının bu cür azlama dinamikası davam edəcəyi təqdirdə Məhərrəm ayından sonra toyların keçirilməsinə icazə veriləcəyini bildirir. Qeyd edək ki, ölkəmizdə Məhərrəm ayının 1-i Miladi təqvimlə avqustun 21-nə təsadüf edir. Məhərrəmin 10-cu günü, yəni Aşura avqustun 30-da qeyd olunacaq. Qeyd edək ki, Məhərrəm ayından sonra gələn Səfər ayının bitməsi bu il oktyabrın 17-nə düşür. Beləliklə, artıq oktyabrın 18-dən toy və digər şadlıq mərasimlərini keçirmək mümkün olacaq. Koronavirusa yoluxanların sayı azalma dinamikası ilə davam edərsə, oktyabrın 18-dən sonra Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilərmi? Bununla bağlı deputat Cavid Osmanov bildirib: "Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də dünya üzrə fövqəladə vəziyyət yenidən 3 ay uzadıldı. Bu gün biz koronavirusla yaşamağa məcburuq. Kütləvi tədbirlərin, o cümlədən toy mərasimlərin 2 ay sonra keçirilməsinə icazə verilib-verilməyəcəyini proqnozlaşdırmaq çətindir. Bu günə kimi virusa qarşı heç bir vaksin və peyvənd tapılmayıb. 15 gündən çoxdur ölkəmizdə virusa yoluxma müsbət tendesiya ilə davam edir. Artıq gündəlik yoluxanların sayı 150-dən aşağı düşüb. Gündəlik sağalanların sayı isə 3 dəfə yoluxanlardan çoxdur. Bu müsbət dinamikanı qoruyub saxlamaq lazımdır. 2 ay sonra toyların keçirilməsinə icazə verilməsi məsələsinə gəlincə, bu barədə həmin dövrə yaxın yaranacaq vəziyyəti, yoluxanların və sağalanların artma-azalma dinamikasını təhlil etdikdən sonra dəqiq bir söz demək olar. Amma bununla yanaşı təbii ki, toy və digər mərasimlərə icazə verilərsə, çox ciddi qaydalar hazırlanmalıdır. Təbii ki, o qaydalara ciddi əməl edilməlidir. Oktyabrın 18-dən sonra Nazirlər Kabineti yanında Operativ Qərargah mövcud vəziyyəti təhlil etdikdən sonra bununla bağlı qərarını açıqlayacaq. Əgər oktyabrın 18-dən sonra Operativ Qərargah toyların keçirilməsinə icazə verəcəksə, qoyulan qaydalara əməl edilməsinə ciddi nəzarət olunmalıdır”.
Oxunub: 328
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim