"Türkiyə Aralıq dənizində geoloji kəşfiyyat qazma işlərini bərpa etdi" - Ərdoğan
XƏBƏR / 07.08.2020 17:49
"Türkiyə Aralıq dənizində geoloji kəşfiyyat qazma işlərini bərpa etdi" - Ərdoğan Türkiyənin "Barbaros Hayrettin” qazma gəmisi Aralıq dənizində geoloji kəşfiyyat qazma işlərini bərpa edib.
carciTV xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirib. Yunanıstan və Misir arasında dəniz zonalarının delimitasiyası ilə bağlı razılaşma ilə əlaqədar yaranan münaqişə fonunda qazma yenidən başlayıb.
Yunanıstan Xarici İşlər Nazirliyinin daha əvvəl açıqladığı kimi, Yunanıstan və Misir Yunanıstan xarici işlər naziri Nikos Dendiasın Qahirəyə səfəri zamanı eksklüziv iqtisadi zonanın delimitasiyası ilə bağlı razılaşma imzalayıb. Dendias razılaşmanı "nümunəvi, bütün Şərq Aralıq dənizi üçün vacib” adlandırıb. Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın daha əvvəl deyib ki, Ankaranın Aralıq dənizindəki Kastelorizo adası bölgəsində başlatdığı seysmik tədqiqatlar Yunan tərəfi ilə danışıqlara qədər dayandırıla bilər. "Qazma işlərini dayandırdıq, amma yenidən başlayacağıq. Liviya ilə razılaşma imzaladıq və qətiyyətlə yerinə yetirməyə davam edəcəyik. Yunanıstan və Misir arasındakı haqları olmayan ərazidə bağlanmış razılaşmanın qanuniliyi yoxdur. Deyirlər ki, bu sazişin bizə qarşı yönəlmədiyi iddia olunur” deyib Ərdoğan. Antalya Hidroqrafiya Xidməti, 21 iyul – 2 avqust tarixlərində Kastelorizo adasının cənub və şərqində seysmik tədqiqatlar üçün Navtex beynəlxalq siqnal vermişdi. Ankarada "Oruc Reis” araşdırma gəmisinin ərazidə yerləşəcəyi açıqlanıb. 15 türk döyüş gəmisi də ora gedib. Yunanıstan iddia edir ki, Türkiyənin seysmik tədqiqatlarına başladığı ərazi eksklüziv iqtisadi zonaya daxildir. Yunanıstan Türk "Navtex” siqnalını ləğv edərək özününkünü buraxıb. Yunan silahlı qüvvələri bütün ölkədə hazırlıq vəziyyətinə gətirilib. Ərdoğan və Liviya Milli Razılaşma Hökumətinin başçısı Fayez Sarraj 2019-cu il noyabrın sonunda dəniz zonaları ilə bağlı anlaşma memorandumu imzalayıblar. BuŞ diplomatik mübahisəyə səbəb olub. Türkiyə "Türk-Liviya Memorandumunu nəzərə alaraq” dəniz zonalarının xəritəsini yayımlayıb. Buna görə Yunanısta hesab etdiyi suların əhəmiyyətli bir hissəsi Türkiyəyə "gedir”. Yunanıstan Türkiyəni ölkəsinin suveren hüquqlarına xəyanət etməkdə və eksklüziv iqtisadi zonanın xəritəsini dəyişməkdə ittiham edir. Ankara memorandumun beynəlxalq hüquqa söykəndiyini bildirib.
Oxunub: 324
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim