Naxçıvanda İLK DƏFƏ - Çimərlik futbolu yarışı keçirilir
İDMAN / 07.08.2020 19:35
Naxçıvanda İLK DƏFƏ - Çimərlik futbolu yarışı keçirilir Çimərlik futbolu üzrə ilk Naxçıvan Muxtar Respublika çempionatına start verilib.
carciTV xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, "Arazbet”in baş sponsorluğu ilə keçirilən çempionatda 12 komanda iştirak edir.
Uzunoba gölü ətrafında yeni inşa olunan çimərlik futbolu meydançasında keçirilən ilk muxtar respublika çempionatında komandalar 4 qrupda mübarizə aparır. Dairəvi sistemlə oynanılacaq oyunlardan sonra hər qrupun ən yaxşı nəticəni göstərəcək 2 komandası 1/4 finala vəsiqə qazanacaq. Bu mərhələdə komandalar bir görüşdən ibarət oyun keçirəcək və növbəti mərhələyə addımlayacaq. Yarımfinalda qalib olan komandalar isə finalda mübarizə aparmaq hüququ əldə edəcək. Bu mərhələdə məğlub olan komandalar bürünc medal uğrunda meydana çıxacaqlar. Çempionat bir ay davam edəcək. Çempionatın artıq iki oyunu keçirilib. İlk görüşdə meydana "Prestij” və "Badamlı” komandaları çıxıb. Görüş "Badamlı” komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Günün ikinci oyununda "Batabat” və "Aralıq” komandaları üz-üzə gəlib. Daha üstün oyun sərgiləyən "Aralıq” komandası meydanı qələbə ilə tərk edib – 9:3. Bu gün çempionat "C” və "D” qrupunun iki oyunu ilə davam edəcək. Belə ki, əvvəlcə saat 18:15-də meydana "Panter” və "Hava Limanı” komandaları çıxacaq. Saat 19:15-də isə "Antiinhisar” - "Yaycı” görüşü keçiriləcək.
Oxunub: 730
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim