Ata Qarabağda, oğlu Ukraynada döyüşdü - didərgin ailənin tarixçəsi
İDMAN / 07.08.2020 19:38
Ata Qarabağda, oğlu Ukraynada döyüşdü - didərgin ailənin tarixçəsi Torpaqlarının ermənilər və havadarları tərəfindən işğalı Azərbaycanın bir milyondan çox vətəndaşının köçkün halında yaşamasına səbəb olub. Ölkənin dörd bir yanına səpələnmiş məcburi köçkünlərdən xaricə üz tutanlar da var. Onlar məskunlaşdıqları dövlətlərdə yaşayıb-işləyir, Azərbaycanı təmsil edirlər.
Belə soydaşlarımız arasında vaxtilə Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü, torpaqlarının işğaldan azad olunması yolunda mübarizəyə qoşulanlar, müharibədə könüllü iştirak edənlər də var. Ancaq tale elə gətirib ki, sonralar vətəndən uzaqda yaşamağa məcbur olublar. Onlardan biri də İsrafil Yusif oğlu İbrahimovdur. O, 1962-ci ildə Füzuli şəhərində anadan olub. İ.İbrahimovun gəncliyi qarışıq dövrə təsadüf edib. O, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda mübarizənin getdiyi çətin və qürurverici günlərin iştirakçısı olub. Cəbhədə ağır döyüşlər getdiyi vaxtlarda yaranmış vəziyyətə görə həyat yoldaşı ilə birlikdə "fəxrlərim” dediyi dörd oğlunun dünyaya gəldiyi Beyləqan rayonuna köçüb. 1992-ci ildə İsrafil İbrahimov Azərbaycan milli ordusuna könüllü yazılıb, Ağcabədi şəhərindəki hərbi hissədə hazırlıq keçib və 15 gün sonra 181-ci Şəmkir-Gəncə taboruna qoşulub. Xidmət yerinə gəldikdən sonra həmin taborda tağım komandiri təyin edilib. Döyüşlərdə ayağından yaralanıb. Aldığı xəsarətlər səbəbindən ordudan tərxis olunub. O, Cəbrayıl, Füzuli və Ağdam istiqamətlərində döyüşüb və Füzulidə yaralanıb. 1995-ci ildə İsrafil İbrahimov ailəsi ilə birlikdə Ukraynanın Xerson şəhərinə, oradan isə 1998-ci ildə Krımın paytaxtı Simferopola köçüb. Krımın ilhaqından sonra Ukraynanın Dnepropetrovsk vilayətinin Verxnedneprovsk şəhərində məskunlaşıblar. Böyük oğlu Teymur İbrahimov atasının layiqli davamçısı olduğunu təsdiqləyib. O da vətəndaşı olduğu Ukraynanın ərazi bütövlüyü uğrunda müharibədə iştirak edib. 2014-cü ildə Rusiya - Ukrayna müharibəsinin əvvəlində könüllü olaraq, "Krım” taborunun tərkibində Ukraynanın müdafiəsi uğrunda savaşıb. 2015-ci ildə başından və çiynindən güllə yarası alıb. 2015-ci ilin dekabrında evə qayıdıb və qısamüddətli reabilitasiyadan sonra 2016-cı ilin martında 17-ci əlahiddə tank briqadasında xidmətini davam etdirib. Tank tuşlayıcı-operatoru, sonra da komandiri olub. Sonradan piyada qoşunlarında döyüşüb, kəşfiyyat tağımının komandiri olub. 2017-ci ildə yenidən yaralanıb, sağlamlığı səbəbi ilə ordudan tərxis olunub. Bundan sonra o, Dnepropetrovsk vilayətinin Verxnedneprovsk şəhərində uşaqlara məşq keçməyə başlayıb. T.İbrahimovun tələbələri arasında 22 nəfər Ukrayna, Avropa, dünya çempionu, idman ustalığına namizədlər və idman ustaları var. Onun sahibi olduğu "Tiqr” idman klubu dünya və Avropada ən güclülərdən biridir. Teymur evlidir, bir qızı və bir oğlu var. Qeyd edək ki, İsrafil İbrahimovun oğullarının hər biri döyüş idmanı növləri ilə məşğul olur. Böyük oğlu - Teymur İsrafil oğlu İbrahimov əvvəlcə taekvondo ilə məşğul olub və Sankt-Peterburqda dünya çempionu adını qazanıb. Sonra bu idman növündən ayrılaraq karate-donun kyokuşinkay növü ilə məşğul olmağa başlayıb. Kiyevdə bu idman növü üzrə dünya çempionu olub. Həm taekvondoda, həm də karatedə 3-cü dandır. Daha sonra Teymur İbrahimov kikboksinqlə məşğul olmağa başlayıb. O, dəfələrlə Ukrayna çempionu, 5 dəfə Avropa çempionu, 5 dəfə dünya çempionu olub. Teymur İbrahimov 14 yaşından uşaqlara məşq keçir. O, beynəlxalq dərəcəli idman ustası, beynəlxalq dərəcəli hakimdir, 3 dəfə Ukraynada ilin ən yaxşı məşqçisi seçilib. Teymur indi Dnepropetrovsk vilayətinin WKA və WTKA versiyaları üzrə Kikboksinq Federasiyasının prezidenti, WKA üzrə Ümum-Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidenti, "Budo martial arts” üzrə federasiyanın prezidenti, Dnepropetrovsk vilayətində, Verxnedneprovsk şəhərində "Tiqr” idman klubunun sahibidir. İsrafilin ikinci oğlu Fuad İbrahimov "Tavriya”nın, daha sonra "Krımteplitsa” klubunun əsas futbolçusu, "Krımteplitsa"nın bombardir olub. O, futbolla paralel olaraq böyük qardaşı Teymurla məşq edib. Qaydasız döyüş üzrə Krım, kikboksinq üzrə Ukrayna çempionu olub. Fuad evlidir, 3 qız atasıdır. Üçüncü oğlu Nicat İsrafil oğlu İbrahimov boks və kikboksinq üzrə dünya və Avropa çempionudur. Nicat beynəlxalq dərəcəli idman ustası, boks və kikboksinq üzrə Ukraynanın idman ustasıdır. Dördüncü oğlu Araz İsrafil oğlu İbrahimovdur. O, boks üzrə Ukrayna və Avropa çempionu, kikboksinq üzrə dəfələrlə dünya çempionu, boks üzrə Ukraynanın idman ustası, kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustasıdır. İbrahimovlar ailəsi Azərbaycanla əlaqəsini kəsməyib. Beyləqanda qohumları yaşayır. Bu yaxınlarda İsrafilin anası onlara qonaq gəlib. Bu ailə Ukraynada bu ölkənin qayğıları ilə yaşayır. Onlar Azərbaycan və Ukraynanın ərazi bütövlüklərinin təmin olunmasını daha çox istəyənlərdəndirlər. Çünki hər iki dövlətin torpaqlarının işğaldan azad edilməsi yolunda döyüşüb, qan töküblər. Tökülən qanların torpaqları azad edəcəyinə inanırlar.
Oxunub: 906
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim