“Yaxın günlərdə Dağlıq Qarabağda təmizləmə əməliyyatı gözlənilir” – DEPUTAT
XƏBƏR / 13.08.2020 00:56
"Yaxın günlərdə Dağlıq Qarabağda təmizləmə əməliyyatı gözlənilir” – DEPUTAT Aqil Abbas: "Biz Dağlıq Qarabağda müharibə aparmırıq, biz Dağlıq Qarabağı terrorçulardan təmizləməyə çalışırıq”
carciTV xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Müdafiə naziri Zakir Həsənov avqustun 11-də Türkiyə Respublikasına rəsmi səfərdə oldular. Bir gün sonra isə Türkiyənin Milli Müdafiə naziri Hulusu Akarın rəhbərlik etdiyi hərbi nümayəndə heyəti Azərbaycana səfərə gəldi.
Azərbaycanlı nazirlərin Ankara səfəri çərçivəsində bir sıra mühüm məsələlər müzakirə edilib və Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həll yolu, hərbi əməkdaşlıq, o cümlədən iki ölkə arasında tək şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişin olması da müzakirə edilən əsas məsələlərdən olub. Ümumiyyətlə, Tovuz döyüşlərindən sonra iki ölkənin bir-birinə həmişəkindən daha sürətlə yaxınlaşması, birgə hərbi təlimlər, o cümlədən digər məsələlərin müzakirəsi həm müharibə ehtimallarını artırıb, həm də Türkiyə ilə Azərbaycanın hansısa konfederasiya doğru getdiyi barədə fikirlər formalaşdırıb. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas AYNA-ya deyib ki, Türkiyənin Ukrayna və Gürcüstanla yalnız şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişi var idi, amma bizdə başqa problemlər var idi deyə bu, baş tutmurdu: "Hətta, əvvəl viza da tətbiq edilmiş, sonradan ləğv edilmişdi. Bunun da əsas səbəbi PKK terror təşkilatı ilə bağlı idi. Yəni, kim istəsə, Türkiyədən qaçıb Azərbaycana gələ bilərdi. Ki, bunu da yoxlamaq çətin proses idi. Lakin görünür, indi bu məsələlər həllini tapıb ki, tək şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş müzakirə edilir”. "O ki, qaldı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrə, bu, çox müsbət haldır və görünür, yaxın vaxtlarda nəsə olacaq. Yəni hadisələrin gedişatı və Türkiyənin yüksək səviyyəli hərbi nümayəndə heyətinin Azərbayacana səfər etməsi müəyyən məsələlərə işarədir”, – millət vəkili bildirib. O, Tovuz hadisələrindən sonra iki ölkənin bir-biri ilə daha da yaxınlaşdığını qeyd edib: "Tovuz hadisələrində generaldan tutmuş, siravi əsgərə qədər bizim qeyrətli oğullarımız şəhid oldu. Təbii ki, baş verənlər Ermənistanın həm bizə, həm də Rusiyaya qarşı provakasiyası idi və ikisində də Ermənistan məğlub oldu. Göründüyü kimi, Tovuz hadisələrindən sonra dünyadakı bütün azərbaycanlılar birləşdilər. Düzdür, bəzi ölkələrdə ermənilər sayca bir az çox oldular və bizimkiləri döydülər. Qalan digər yerlərdə keçirilən nümayişlərdə isə bizim üstünlüyümz var idi. Bunun ardınca da cənab Ərdoğan öz sözünü dedi və heç kimin Azərbayacana mənfi rəftar etməsinə icazə verməyəcəklərini bildirdi”. "Təbii ki, burada Rusiya faktoru da öz sözünü deyir. Amma Rusiya da müəyyən güzəştlərə getmək məcburiyyətindədir. Hətta, Putinin qeyri-rəsmi sözçüsü Jirnovski də bildirdi ki, "Rusiya Ermənistanın tərəfini saxlamaqla ölkənin dağılmasına səbəb ola bilər. Çünki Rusiyadakı türklər və müsəlmanlar Rusiyanı dağıda bilərlər. Qarabağı biz ermənilərə verməklə məğlub ola bilərik”. Bütün bunlar boşuna deyil”, – A.Abbas vurğulayıb. Müsahibimizin sözlərinə görə, Azərbaycanın Dağlıq Qarabağı azad etmək uğrunda mübarizəsi müharibə yox, ərazilərini düşməndən təmizləməkdir: "Müharibə iki dövlət arasında olur. Bizim Dağlıq Qarabağı separatçılardan və terrorçulardan azad etmək istəyimiz müharibə deyil, öz ərazilərimizi düşməndən təmizləməkdir. Burada isə əsas qüvvə Daxili Qoşunlardır. Əgər, Daxili Qoşunların üzərinə çox ağır yük düşərsə, işə Silahlı Qüvvələr qarışır”. "Məlum məsələdir ki, biz Dağlıq Qarabağda müharibə etmirik, biz Dağlıq Qarabağı terrorçulardan təmizləməyə çalışırıq. Dağlıq Qarabağdakı erməni əhalisi vətəndaşlığımızı və Konstitusiyamızı qəbul edərsə, buyurub yaşaya bilərlər. Bizim onlarla işimiz yoxdur. Necə ki, həmişə deyirlər ki, Azərbaycanda 30 min erməni yaşayır, amma məntiqlə baxanda, bunlar artıq artıb 100 min olublar. Amma onlarla heç bir işimiz yoxdur. Məsələn, Rusiya Çeçenistanda əməliyyat aparanda Çeçenistanla müharibə aparmırdı, öz ərzisində təmizləmə əməliyyatı aparırdı. Həmçinin, biz də Ermənistana müharibə elan etmirik və Ermənistanın torpaqlarına girmirik. BMT-nin də Azərbaycan torpaqları kimi qəbul etdiyi ərazilərimizə giririk”. Deputat sözügedən əməliyyatın yaxın günlərdə gözlənildiyini deyib: "Yəqin ki, belə bir şey baş verə bilər. Ki, bunu cənab Prezidentimizin son çıxışlarından da açıq-aşkar hiss etmək olar”.
Oxunub: 389
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim