Sənət dünyasının küsülü olan simaları
MARAQLI / 15.08.2020 11:22
Sənət dünyasının küsülü olan simaları Şou-biznesdə qalmaqal hər zaman olub. Bunun nəticəsində isə bir çox ifaçılar illərdir küsülüdürlər. Onlar bir-biri ilə danışmır, eyni məkanda olanda görməməzlikdən gəlirlər: Xalq artisti Brilliant Dadaşova və Əməkdar artist Lalə Məmmədova küsülüdür. Buna səbəb Laləni görünüşünə görə Dadaşovaya bənzətmələri olub. Bu, B. Dadaşovanın xoşuna gəlməyib. Brillant Dadaşovanın danışmadığı digər həmkarı Xalq artisti Aygün Kazımovadır. İllərlə yaxın rəfiqə olan ifaçılar arasından "qara pişik" keçib. Onlar hər fürsətdə bir-birinin ünvanına söz atmağa çalışırlar. Xalq artistləri Bəsdi Cəfərova və Zemfira Nərimanova illərdir küsülüdürlər. Qrup yoldaşı olan aktrisaların danışmamasının səbəbi bəlli deyil. Onların küsülülüyü 30 ildən çoxdur davam edir. Hətta aktrisaların çalışdıqları teatrda əlbə-yaxa dava etdikləri də dəfələrlə deyilib. Xalq artistləri Röya Ayxanla Aygün Kazımova da danışmır. Onlar bir müddət əvvəl barışdıqları desələr də, heç bir tədbirdə birlikdə görüntülənməyiblər. Aralarındakı soyuqluq illərdir bitmir. Xalq artisti Məleykə Əsədova ilə Əməkdar artist Vəfa Zeynalova arasında da soyuqluq var. Onların mübahisəsi çalışdıqları Akademik Milli dram teatrında başlayıb. Məleykə Əsədova ilə Xalq artisti Firəngiz Mütəllimovanın da danışmadığı haqda bir vaxtlar xəbər yayılmışdı. Hazırda onların barışıb-barışmadığı məlum deyil. Aparıcılar Zaur Baxşəliyevlə Nanə Ağamalıyeva da eyni kanalın əməkdaşları olsalar da küsülüdürlər. Bir vaxtlar dost olan, eyni verilişdə çalışan aparıcılar 10 ildən çoxdur ki, danışmırlar. Zaurun danışmadığı digər həmkarı isə Xoşqədəm Hidayətqızıdır. Bir vaxtlar eyni kanalda işləyən aparıcıların arasındakı mübahisəyə eyni formatda veriliş aparmaları səbəb olub. Xalq artisti Röya Ayxan müğənni Elnur Məmmədovla danışmır. Hətta Röya bildirib ki, heç vaxt onu bağışlamayacaq. Röyanın danışmadığı digər sənət yoldaşı isə müğənni Natavan Həbibidir. Bir vaxtlar eyni qrupda oxuyan, bir evdə qalan sənətçilərin sən demə, arasında illərdir davam edən soyuq müharibə var imiş. Natavanın son vaxtlar verdiyi qalmaqallı açıqlamadan sonra bəlli olub ki, Röya ilə münasibətləri uzun illərdir pozulub.
Oxunub: 1694
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim