Türkiyə bəyan etdi: “Sən qarışsan, mən də qarışacağam”
RƏSMİ / 18.08.2020 18:54
"Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlərdən sonra Azərbaycanda Türkiyənin hərbi bazalarının yerləşdirilməsi mövzusu ictimai gündəmə gəldi. Bir çox digər mövzular kimi, təəssüf ki, sosial şəbəkədə "geosiyasi xətt” üzrə bölünməyə daha bir səbəb oldu. Ümumiyyətlə, bölünməyə bəndik, sanki bölünmə üçün bəhanə axtarırıq”.
carciTV "MediaPost”-a istinadən xəbər verir ki, bunu hərbi icmalçı Nazim Bayram deyib.
Ekspertin fikrincə, "bazalar olsun, ya olmasın” çox nəzəri və hazırkı - istər qanunvericiliyimiz və aparılan siyasi kurs, istərsə indiki geosiyasi şəraitdə hipotetik məsələdir: "Buna görə bölücülüyə dəyməz. "Qaşınmayan yerdən qan çıxardanlar" millətin birliyini görməyə gözü olmayan aramızdakı "qarnı qurdlular” və milləti bölmək üzərində xüsusi işləyən, xaricdən tapşırıq alanlardır. Bazaların yerləşdirilməsinin siyasi tərəflərinə keçməzdən əvvəl deməliyəm ki, dövlətimin müstəqilliyi haqqında ülvi təsəvvürümə görə, ölkəmizdə heç bir daimi xarici hərbi baza yerləşdirilməməlidir. Bu, mənim şəxsi və milli ləyaqət hissimdən gələn daxili inamımdır”. N. Bayram bildirib ki, indiki vəziyyətdə Ermənistan Naxçıvanı təhdid etsə, bu halda Türkiyə Naxçıvanda (Azərbaycanın razılığı ilə) hərbi bazalar yerləşdirə bilər: "Türkiyəyə gəldikdə, 1921-ci il Rusiyanın da imzaladığı və qüvvədə olan Qars müqaviləsinə uyğun, Türkiyə Naxçıvanın (Azərbaycandan başqa) üçüncü tərəfə verilməyəcəyinin zaminidir. Ermənistan Naxçıvanı təhdid etsə, Türkiyə Naxçıvanda (Azərbaycanın razılığı ilə) hərbi bazalar yerləşdirə bilər. Türkiyə Cümhuriyyətinin Naxçıvanın təhlükəsizliyinə zamin olması Azərbaycan üçün əslində artıq böyük üstünlük və böyük yüngüllükdür. Türkiyənin daimi hərbi bazası Azərbaycanda yerləşdirilsə, bu, təhlükəsizliyimizi möhkəmləndirməyin əksinə, ölkəmizi daha bir Rusiya-Türkiyə, Rusiya-NATO geosiyasi qarşıdurması zolağına çevirə bilər. Ona görə düşünmürəm ki, Azərbaycan iqtidarı mövcud regional qayğılarını nəhənglərin qlobal qarşıdurma predmeti etməklə, həllinə nal ola biləcəyinə ümid eləsin”. "Biz "iki nəfərə qarşı tək” idik, indi isə Türkiyə arxamızda olduğunu açıq bəyan etdi” "İstək və arzuları kənara qoyub, gerçəyi gerçək faktorlarla qiymətləndirsək, Türkiyənin regiona məxsusluğu və indiki statusu, Azərbaycanla 2010-cu ildə imzaladığı hərbi tərəfdaşlıq sazişindən irəli gələn hüquqi baza və bizə hərtərəfli arxa durması Azərbaycanın ərazi bütövlüyü məsələsini həll etməyə kifayətdir. Bu potensialın hələ yarısı belə, gerçəkləşməyib, ancaq regionda xeyrimizə olan yeni düzəni artıq yaratmaqdadır. Yeni düzənin mənası budur ki, indiyə kimi Ermənistanın arxasında Rusiya dayanmışdı və biz "iki nəfərə qarşı tək” idik, indi isə Türkiyə arxamızda olduğunu açıq bəyan etdi və təbii ki, bəyanatların ünvanı Rusiyadır - "sən qarışsan, mən də qarışacağam”. Rusiya münaqişəyə hərbi müdaxilə etsə, Türkiyə də edəcək. Başqa regionlarda olduğu kimi, Putin inanır ki, Ərdoğan bunu edəcək. Bununla, Türkiyə Rusiya üçün çəkindirici rol oynayır. Bu isə o deməkdir ki, Azərbaycanın Ermənistanla təkbətək döyüşməsinə şərait yaranıb. Türkiyə qardaşlığını bu cür edir. İndi söz bizimdir” - deyə, hərbi icmalçı bildirib.
Oxunub: 641
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR09:17 Azərbaycan nefti ucuzlaşıb
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
10:03 Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
10:41 Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu
10:24 Əli Əsədovdan hasilatın pay bölgüsü sazişi barədə YENİ QƏRAR
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim